Əsas Səhifə > Üst manşet / Güney Press > Vətəndaş günlərlə su üzünə həsrət qalır

Vətəndaş günlərlə su üzünə həsrət qalır


Bu gün, 04:45

Keçən günlərdə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində sakinlərin ciddi su böhranı ilə üz-üzə qalması barədə məlumat vermişdik.

Sakinlər deyir ki, günlərlə içməli su üzünə həsrət qalırlar. Su gələn günlərdə isə təzyiq o qədər zəif olur ki, nə evdə istifadə etmək olur, nə də ən adi ehtiyacları ödəmək mümkün olur.

"DİA-AZ"a bu barədə yazan Naxçıvan şəhər sakini Bağırova qeyd edir ki, anoloji problem Naxçıvanda digər ərazilərdə yaşayan sakinləri də narahat etməkdədir. Narazı vətəndaş yazır:

"Neçə müddətdir ki, Naxçıvan şəhərində Məhəllə 58 ünvanının sakinləri susuzluqdan əziyyət çəkir. Yerli su-kanal idarəsinə zəng edəndə isə, heç telefonun dəstəyini belə qaldıran olmur..."


Geri qayıt