Əsas Səhifə > Üst manşet / Güney Press > Şərur xəstəxanası ACINACAQLI DURUMDA

Şərur xəstəxanası ACINACAQLI DURUMDA


Bu gün, 08:38

"Mən Naxçıvan Muxtar Respublikası səhiyyə naziri əvəzi Rəşadət həkimə müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Adəm Bağırov adlı istifadəçi yazır.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bir neçə gün əvvəl qızımı apardım Mərkəzi Xəstəxanada ümümi analiz götürülsün. Yalandan dedilər ki, götürmüşük, amma öyrəndim ki, yalan deyiblər. Analizlər yoxdur. Nə düşünürsən? İnsanlar niyə getməlidir özəl xəstəxanalara?

Diqqətinizə çatdırım ki, Şərur Rayonu Mərkəzi Xəstəxanasıbda "KT" işləmir. Eşitdiyimə görə orda 3-5 nəfər var ki səhərlər gözə görünüb yoxa çıxırlar. Bir də dedilər ki, Şərur Xəstəxanasının servis maşını taksi xidməti göstərir. Bütün bunları araşdırsanız yaxşı olar.

Həkimləriniz deyirlər ki, əməliyyat üçün tibbi sapları yoxdur. Büdcədən ayrılan miliyonlar hardadır? İlham doktor, bilmirsiniz, Şərurda kimlərsə 3-5 nəfərə pul verir ki, Şərur Xəstəxanasını təriflətsin?.."


Geri qayıt