Əsas Səhifə > Üst manşet / Güney Press > Azərbaycan məhəlləsinə DÜŞMƏN MÜNASİBƏT
Azərbaycan məhəlləsinə DÜŞMƏN MÜNASİBƏTBu gün, 06:10 |
|
Naxçıvan dərəbəylik hökumətinin Azərbaycan sevgisi...
"Azərbaycanın Naxçıvan adlı bir Muxtar Respublikası olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da bir Azərbaycan adlı bir məhəlləsi var. Necə deyərlər, kəramət gücə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Naxçıvan Azərbaycanın 4.7 hissəsini təşkil etdiyi kimi Naxçıvan da özünün kiçik bir hissəsinə Azərbaycan adını verib paytaxtına borclu qalmayıb.
Amma gəlin, görək, Azərbaycanın öz tərkib hissəsinə bəslədiyi münasibətlə Naxçıvanın Azərbaycan məhəlləsinə göstərdiyi diqqət də eynidirmi?
Azərbaycanın Naxçıvana bəslədiyi münasibət bəllidir: Bölgəyə muxtar respublika adı verib, özündəki hər nazirlikdən birini də Naxçıvanda yaradıb. Naxçıvanın hətta özünün müstəqil parlamenti də var. Muxtar Respublikanın deputatları ildə iki dəfə əl qaldırmaqla bu deputatlar daşıdıqları vəzifəyə görə 7000 manatdan 15000 manata qədər maaş alırlar və s.
Bəs, gəlin, görək, Azərbaycandan hər il ayrılan 10 milyonlarla manatlıq (əvvəl bu məbləğ 100 milyonlarla ölçülürdü) dotasiya ilə işləyən bu məmur ordusu Azərbaycan məhəlləsinə necə baxır?
1 əyani sübutun 100 sözdən əfsəl olduğunu düşündüyümüzdən sizə Azərbaycan məhəlləsindən çəkilmiş bir videonu təqdim etməklə fikrimi yekunlaşdırmaq istəyirəm. Buyurun, Naxçıvan Muxtar Dərəbəyliyinin Azərbaycan məhəlləsinə göstərdiyi diqqət və hörmətlə əyani şəkildə tanış olun və qiyməti də özünüz verin!"
Geri qayıt |