Əsas Səhifə > Üst manşet / Güney Press > Deputatın PENSİYA ARTIMI manipulyasiyası

Deputatın PENSİYA ARTIMI manipulyasiyası


Bu gün, 04:46


"Bir neçə gündür sayt, televiziya kanalı və sosial şəbəkələr qalmadı hamısı dedi və yazdı sən demə pensiyalar, xüsusilə işləyən pensiyaçıların maaşı iki dəfə artırılır..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bu olmayan "artımın müəllifi"də millət vəkili Vüqar Bayramov kimi görsənir.
Ancaq o, mövcud qanunvericilikdən başqa heç bir yenilikdən danışmır.

Əslində, söhbət hər il artırılan indeksasiya,bir də işləyən pensiyaçının bu il 6 ilinin tamam olması ilə bağlı yığdığı kapitalın hissə-hissə ödənilməsindən gedir.Təəssüf ki, 6 il ərzində dondurulmuş kapitalın inflyasiya ilə bağlı bu günkü ekvivalentindən heç kim danışmır.
Onu bilməkdə fayda var ki, işləyən pensiyaçııya artırılan məbləğ yalnız ona aid vəsaitdir..."


Geri qayıt