Əsas Səhifə > Reklam / Manşet / Güney Press > Müştərilər beləcə qəpik-qəpik SOYULUR...

Müştərilər beləcə qəpik-qəpik SOYULUR...


Bu gün, 06:14

" "Azercell" müştərilərin hesabından gizlincə necə pul silir?! Bu barədə sizi xəbərdar etmək istəyirəm ki, bu tələyə düşməyəsiniz..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Malik Əbdülrəhmanov adlı istifadəçi yazır.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mart ayının 28-den "Busuu" dil kursuna abune olub nömrəm. Heç bir reklama, "brauzer"dən gələn bildirişə təsadüfən toxunmamışam. 3 ay ərzində hər gün balansımdan 35 qəpik silinib. Bu silinmə heç yerdə öz əksini tapmayıb. Hətta abunəlik ilə bağlı nömrəmə daxil olan SMS-lər "spam" qovluğuna düşüb. Müştəri xidmətlərinə müraciət etdikdən sonra tez əl-ayağa düşüb xidməti deaktiv etmək üçün SMS göndəriblər nömrəmə. 3 ay ərzində düz 31 manat pul silinib hesabımdan. İndi də SMS gəlib ki, bəs – özünüz nömrənizə gələn OTP kodunu saytda qeyd etmisiniz ona görə abunə olunub nömrə..."


Geri qayıt