Əsas Səhifə > Reklam / Güney Press > Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilibBu gün, 13:05 |
|
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyunun 24-də planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib. Bu barədə "DİA-AZ"ay AZAL-dan məlumat verilib. Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək. "AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumat da qeyd olunub. Geri qayıt |