Əsas Səhifə > Reklam / Güney Press > Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olubBu gün, 16:21 |
|
Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı qismində çıxış edib. Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub. Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqləri, rəqəmsal transformasiya prosesləri və gələcəyin əmək bazarında tələb olunacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar. Bakcell innovasiya və süni intellekt sahəsində həyata keçirilən təşəbbüslərə dəstək verməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, yeni nəsil texnologiya biliklərinin və bacarıqlarının inkişafına töhfə verməyə davam edir. Geri qayıt |