Əsas Səhifə > Reklam / Güney Press > Qan ver, həyat xilas et!

Qan ver, həyat xilas et!


Bu gün, 16:23

“Araz” supermarketlər şəbəkəsinin 15 illik yubileyi və 14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə bu gün “Araz”ın baş ofisində Respublika Qan Bankı ilə əməkdaşlıq çərçivəsində qanvermə aksiyası keçirildi.
Bu nəcib təşəbbüsə qoşularaq mən də qan verdim. Bir neçə dəqiqə vaxt ayırmaqla kiminsə həyatına ümid olmaq, sağlamlığına qovuşmasına dəstək vermək mümkündür.
Qan vermək sadəcə humanitar aksiya deyil, həm də cəmiyyət qarşısında məsuliyyət və həmrəylik nümunəsidir. Belə faydalı təşəbbüslərin təşkilinə görə “Araz” supermarketlər şəbəkəsinə və Respublika Qan Bankına təşəkkür edirəm.

Geri qayıt