Əsas Səhifə > Reklam / Güney Press > Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub


Bu gün, 18:04

Bakcell 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarını sevindirib. “YAŞAT” Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı “Hədiyyə Karvanı” layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladlarına müxtəlif hədiyyələr təqdim edib.

Ölkənin bütün bölgələrini əhatə edən layihə çərçivəsində 14 yaşadək 1600-dən çox uşağa bayram sevinci yaşadılıb. Təşəbbüs Bakcell-in dayanıqlılıq və korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm hissəsidir.

NEQSOL Holding-in tərkibinə daxil olan Bakcell, “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq NEQSOL Holding və “YAŞAT” Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bakcell cəmiyyətin rifahına və gələcək nəsillərin inkişafına töhfə verən sosial layihələrə dəstəyini davam etdirir.


Geri qayıt