Əsas Səhifə > Reklam / Manşet / Güney Press > “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ...
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ...Bu gün, 05:33 |
|
O daha sonra fikrini belə davam etdirir: "Oturmusan evdə. "Azersel" 2 qəpik nəyəsə çıxdı. Bilinmir. Özbaşına interneti yeniləyir. Deyirəm, niyə özbaşına edirsiniz. Cavab verir ki, hamıya edirik. Yəni hamıya ediriksə, sənə də edəcəyik. Açıqlamalarına bax da... Deyirəm, ölkədə deyiləm, tutalım... Getmişəm Tiflisə. Telefon evdədir. Gəlməyəcəm. Deyir, hə, özbaşına yenilənəcək. Gərək onu edəsiz... bunu edəsiz. Jim vurasız. Ürəyinizdə arzu tutasınız. Bəlkə onda yenilənmədi.
"Birbank"ın hər şeydə faiz tutmalarını demirəm heç. Kim 60 qəpiyin dalınca düşər axı. Heç kəs düşmür. Amma ortada milyonlar fırlanır. "Azersel" 28 gündən bir tarifi yeniləyir. Bir ayı 28 gün nəzərdə tutublar. Bir ay 30-31 gün deyil? 28 gün niyə? Açıqlaması yoxdur.
AZAL deyir, benzin qalxıb. 65 dollar hər müştəriyə zırradılar turpaketlərdə. Müştəri mənə pulun qalanını verməliydi. Tutalım 5 nəfərdilərsə indi 325 dollar əlavə ödəyəcəklər. Köhnə satdıqlarına da aiddir yəni. Necə deyəsən müştəriyə. Təzə satdığım müştəriyə isə deyirəm ki, hər an sürpriz səni gözləyə bilər. Hər an qiymət qalxa bilər pulu ödəsən də. O da bilir mənlik deyil... mən də bunu bilirəm. Benzin düşsə, qiyməti salacaqsan? Əlbəttə yox. Bəs bu tənliyin açıqlaması nədir onda?
AYNA-da proqram xarab idi. Cərimə gəlmişdi 20 manat. Özlərinin səhvi idi. Sonadək getdim sildilər. Bilirsiniz sonadək getməyən nə qədər oldu?
Misal üçün: 50 manat cərimə gəlib hansısa qurumdan . Deyir, ver məhkəməyə dəəəəəə. Ayağını-zadı da aralayır.. arxaya stula söykənir. Guya bu bilmir də 50 manata görə heç kəs üz tutmaz məhkəməyə. Guya bilmir də elə məhkəməyə müraciətlə nə qədər pulun çıxacaq sənəd-sünədə, vəkilə və ya başqa şeylərə. Məhkəmə oyuncaq deyil. Başlarındann tökülür işləri. Hakim çatdırmır ölkədə bu işlərə. Florayla Afət 7 ildir məhkəmədədilər bir söyüşə görə. Yazıq deyil hakimlər? Görün, nə qədər lazımsız şikayətlərlə məhkəmələri məşğul edirlər. Qurum normal işləsin. Yəni dediyim budur. Durduq yerdə kartdan 21 dəfə 60 qəpik çıxmasın. Adam deyir heç avtobusa minməmişəm. And ola Allaha... hər gün nəsə kartımdan qəpik-zad çıxır. Bilmirəm nədir.
Anam rəhmətliyin telefonundan hər gün mesaj çıxırdı 3-4 qəpik. Köhnə 20 manatlıq "nokia" idi. Baş qoşmurdum. Bilmirdim nədir... niyə çıxır. Yorulurdum çünki. Elə edirlər ki, hansı "knopka"ya dəydinsə qoşulursan harasa..."
Geri qayıt |