Əsas Səhifə > Güney Press / Manşet > DEPUTATIN QƏZETLƏRƏ 100 MİN MANAT BORCU VAR
DEPUTATIN QƏZETLƏRƏ 100 MİN MANAT BORCU VAR26-09-2012, 13:42 |
![]() В«QASİDВ» REDAKSİYALARIN PULUNU ÖDƏYƏ BİLMİR DİA.AZ: - Neçə müddətdir ki, bir-birinin ardından öz köşklərini itirmək zorunda qalan, başında deputat Mirkazım Kazımovun dayandığı В«QasidВ» Mətbuat Yayımı firması özünü müflis elan etməyə hazırlaşır. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, son bir ayda 50-dən artıq köşkünü itirən В«QasidВ» firması artıq nə işçilərinə maaş verəcək durumda deyil, nə də qəzet redauksiyalarına olan borcunu. Mənbəmiz bildirir ki, hazırda В«QasidВ» firmasının qəzetlərə 100 min manatdan artıq borcu var: В«Bu borcu qaytarmaq lazımdır. Amma imkansızdır. Çünki firma digər kökşlərini də itirə-itirə gəlir. Və firmaya pul daxili azalıbВ». Onu da bildirək ki, В«QasidВ» firmasının köşklərinin yerinə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova aid olduğu iddia olunan yeni В«Press KioskВ»lar quraşdırılır ki, həmin yeni köşklər də daha çox ərzaq satışı ilə məşğuldur. Geri qayıt |