Əsas Səhifə > Güney Press / Manşet > XAÇMAZDA QUBA ÜSYANI TƏKRARLANA BİLƏR
XAÇMAZDA QUBA ÜSYANI TƏKRARLANA BİLƏR24-09-2012, 13:22 |
![]() İCRA BAŞÇISI XALQI ÇİLƏDƏN ÇIXARIB DİA.AZ: - Xaçmaz sosial partlayış ərəfəsindədir. Rayonda sosial-iqtisadi vəziyyət pik həddinə çatdırılıb. İcra başçısı Şəmsəddin Xanbabayevin abadlıq adı altında darmadağı etdiyi obyektlərdən çörəyi çıxan rayon sakinlərinin vəziyyəti bü gün azınacaqlı hala düşüb. Bundan əlavə rayonda bir neçə müəsissənin fəaliyyəti dayandırılıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, həmin müəsissələr icra başçısı Şəmsəddin Xanbabayevə aylıq “dolyasını” vermədiyinə görə qapadılıb. Rayon sakinlərinin bildirdiyinə görə, Şəmsəddin Xanbabayev Xaçmaza özünü şəxsi obyekti kimi baxır: “Şəmsəddin Xanbabayev uzun illərdir xaçmazlılara gün verib işıq vermir. Yeri gəldi-gəlmədi camaatın torpaq sahələrini satır. Hətta elə olur ki, əhalinin torpaq sahəsini iki dəfə satır. Sadəcə kim qabağa düşüb çox pul versə icra başçısı onunla anlaşır.” Mənbə daha sonra bildirir ki, Xaçmaz sakinlərinin sosial durumunun günü-gündən acınacaqlı duruma düşməsi isə rayonda kriminal hadisələrin - oğurluq, qulduruq, narkotik maddələrin satışı - sayını artırıb. Bu cür davam edəcəyi təqdirdə Xaçmazda kriminal durumun nəzarətdən çıxacağı gözləniləndir. Amma məsələ təkcə bununla bitmir. Xaçmazda vəziyyətin kritik həddə çatması sakinlərin səbr kasasını daşırıb. Artıq açıq şəkildə hökumətin ünvanına ittihamlar səsləndirilir və emossiyalar getdikcə qızışır. Bu baxımdan hər an Xaçmazda Quba hadisələri yaşana bilər. Xatırladaq ki, bir neçə gün öncə Xaçmazın H.Z.Tağıyev küçəsində inşa olunan yeni icra hakimiyyəti binası sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün problemlər yaradıb. Məlumatlarda bildirilirdi ki, icra başçısı Şəmsəddin Xanbabayev həmin ərazidə fəaliyyət göstərən sahibkarlara öz obyektlərini sökərək yerində iki-üç mərtəbəli obyekt tikmələrini əmr edib. İcra başçısının bu tapşırığına məhəl qoymayanların isə obyektləri əllərindən alınacağı ilə hədələnib. Ş.Xanbabayevin hansı məntiqlə belə bir qərar verdiyi sahibkarların özlərinə belə aydın deyil. Deyilənə görə, icra başçısı ətrafda ancaq yeni icra hakimiyyəti binasına yaraşan obyektlər görmək istəyir. Bu məqsədlə də artıq uzun müddətdir fəaliyyət göstərən köhnə tikililərin sökülməsi əmrini verib. Artıq həmin tapşırıqdan sonra bir neçə obyekt sökülüb. Sahibkarlar isə mövcud durumdan narazılıqlarını bildiriblər. Çünki ictimai iaşə müəssisəsi kimi işləyən bu obyekt sahiblərinin icra başçısının əmrini yerinə yetirmək üçün lazımi maddi imkanları olmayıb. Geri qayıt |