Əsas Səhifə > Güney Press / Manşet > KƏBİRƏ MƏMMƏDOVANIN HƏBSİ XƏBƏRİ
KƏBİRƏ MƏMMƏDOVANIN HƏBSİ XƏBƏRİ22-09-2012, 16:15 |
![]() DİA.AZ: - Məlum olduğu kimi, bu gün Bakıda fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzində insident baş verib. Bu barədə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, ticarət mərkəzinin təmsilçiləri ilə bəzi satıcılar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya ticarət mərkəzinin təmsilçilərinin tapşırığı ilə sürücünün “Kamaz” markalı yük maşınını satıcıların üstünə sürməsi səbəb olub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralananlardan biri azyaşlı uşaqdır. Qaradağ rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Rəsmi qaynaqlar bildirir ki, insidentin səbəbləri araşdırılır. Bununla bağlı DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, baş vermiş olayla bağlı “Binə” Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədova həbs olunub. Mənbəmiz iddia edir ki, Kəbirə Məmmədaovanın qolları bir saat əvvəl qandallanıb. Məlumatı dəqiqləşdirmək üçün “Binə” Ticarət Mərkəzinə yollandıq. TM-dən əməkdaşlarımıza bildirdilər ki, Kəbirə Məmmədovanın həbs edilib-edilməməsi ilə bağlı məlumatsızdırlar, amma hazırrda o, “Binə”də yoxdur. Bildirək ki, əməkdaşlarımız TM-nin başdan-başa polis nəzarəti altında olduğuna da şahidlik ediblər. hətta əməkdaşlarımızın çəkdiyi şəkillər də sonradan, TM-nin çıxışında nəzarətçilər tərəfindən silinib. Əlavə bilgilər alacağımız təqdirdə diqqətinizə çatdıracağıq. Geri qayıt |