Əsas Səhifə > Güney Press / Manşet > ELDAR ƏZİZOV ÖZ İŞÇİSİ İLƏ NİYƏ BACARMIR?
ELDAR ƏZİZOV ÖZ İŞÇİSİ İLƏ NİYƏ BACARMIR?21-09-2012, 16:35 |
![]() AYAZ MÜTƏLLİBOVUN KADRI HƏLƏ DƏ SUMQAYITDA AT OYNADIR DİA.AZ: - Son zamanlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimovun yol verdiyi vəzifədən sui-istifadə, rüşvətxorluq və digər korrupsiya əməllərinə dair redaksiyamıza müxtəlif səpkili informasiyalar daxil olmaqdadır. Qeyd etmək lazımdır ki, Seyfəddin Rəhimovun son dövrlər öz vəzifəsinə yaraşmayan işlərlə məşğul olması barədə digər informasiya vasitələrində də məlumatlar yayımlanmaqdadır. DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, S.Rəhimov biznes fəaliyyətinə daha çox üstünlük verərək Sumqayıt şəhəri 8-ci mikrorayonda təşkil edilən kənd təsərrüfatı yarmarkasını özünün şəxsi biznesinə çevirib. Göstərilir ki, Seyfəddin Rəhimov yaxın adamlarının adına rəsmiləşdirdiyi bir çox obyektlərin sahibidir. Digər tərəfdən də şöbə müdiri şəhərdə fəaliyyət göstərən əksər iş adamlarından aldığı haqq müqabilində onlara himayədarlıq edir. Mənbə iddia edir ki, uzun illərdir bu kimi əməllərlə məşğul olan Seyfəddin Rəhimovun antikorrupsiya tədbirləri çərçivəsində yeni icra başçısı Eldar Əzizov tərəfindən işdən azad olunacağı da gözlənilirdi. Lakin şöbə müdiri hələ ki, öz havadarlarının köməyilə vəzifədə qalmağı bacarıb. Qeyd edək ki, Seyfəddin Rəhimov Sumqayıt rəhbərliyində hələ Ayaz Mütəllibovun dövründən çalışır və bu səbədən ona şəhər sakinləri “odda yanmaz, suda batmaz” təxəllüsünü də qoşublar. Bildirək ki, Eldar Əzizov icra başçısı təyin olunandan sonra ətrafında kimlərin olduğunu və kimlərlə işlədiyini müəyyənləşdirmək üçün ciddi araşdırma aparıb. Həmin araşdırmalar zamanı Seyfəddin Rəhimovun biznes sahələrinə malik olmasını bildikdə isə təəccüb edib. Ona görə ki, bir şöbə müdirinin aldığı məvacib qarşılığında bazara, avtoservis mərkəzinə və bir neçə mənzilə necə sahib ola bilməsi həqiqətən də çox maraqlıdır. Doğrudur, Eldar Əzizovu Seyfəddin Rəhimovun bütün bunları hardan alması maraqlandırmayıb. Onu maraqlandıran o olub ki, nədən bu vaxta qədər hansısa başçı Seyfəddin Rəhimovun əl-qolunu yığışdıra bilməyib. Amma indi aydın olur ki, elə Eldar Əzizovun özü də bu adamla bacaracaq gücdə deyil. Sumqayıtdakı qaynaqların bilgisinə görə, şöbə müdiri hətta Eldar Əzizovu çox yuxarı instansiyalardan tənbeh də etdirib. Geri qayıt |