Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOV 5000 ƏDƏD DƏRSLİYİ NECƏ SATIB?
MİSİR MƏRDANOV 5000 ƏDƏD DƏRSLİYİ NECƏ SATIB?21-09-2012, 14:47 |
![]() MƏKTƏBLƏRDƏ YAŞANAN DƏRSLİK BÖHRANININ SUÇLUSU MƏLUMDUR DİA.AZ: - Bilik Gününə qədər Bakının orta ümumtəhsil məktəblərinin birinci sinfinə qəbul üçün 33000-ə yaxın şagird müraciət edib. Bakı Şəhəri Təhsil İdarəsindən verilən məlumata görə, tədris ilinin ilk günlərindən etibarən qəbul göstəricilərində kəskin artım müşahidə olunub. Bu rəqəm hazırda 36000-ə çatıb. Yəni daha 3000 şagird I sinfə qəbul olunub. Ayın sonuna qədər məktəblər I sinif şagirdlərinin sayı ilə bağlı dəqiq statistik məlumatları BŞTİ-yə təqdim edəcəklər. Belə ki, I sinfə şagird qəbulunun sayının daha da artması gözlənilir. I sinif şagirdlərinin qəfil artımı paytaxtın orta məktəblərində dərslik qıtlığı yaradıb və əksər məktəblərdən bu məsələ ilə bağlı idarəyə müraciətlər olur. Yaranan problemi aradan qaldırmaq məqsədilə BŞTİ tərəfindən əlavə dərsliklər sifariş ediləcək. Qeyd edək ki, I sinif şagirdlərinin sayında artım 2005-ci ildən müşahidə olunmağa başlayıb. Lakin bu artım il ərzində 500-600 nəfərdən çox olmadığı halda, cari tədris ilindəki yüksək göstərici ilk dəfə müşahidə edilir. Xatırladaq ki, ötən 2011–2012-ci tədris ilində paytaxt məktəblərinin I sinfinə qəbul olunan şagirdlərin sayı 32818 nəfər olub. Hər halda, ilk baxışdan təhsil nazirliyi günahkar kimi görünmür. Yəni problemin qaynağı belə çıxır ki, milli genefondumuzun artım tempində imiş. Əgər həqiqətən də Misir Mərdanov yaranmış problemlə bağlı məhz bu faktoru səbəb kimi göstərirsə, o zaman yazıqlar olsun… Çünki istənilən halda, təhsil nazirliyi artım tempini nəzərə almalı idi və bu gün baş verən problemləri əvvəlcədən hesablamalı idi. Bu hesab-kitab aparılmadığından orta məktəblərdə bir həftəlik dərs müddətinin geridə qalmasına baxmayaraq, hələ də əlinə kitab dəyməyən birincilər var və özü də 21-ci əsr Azərbaycanın paytaxtında - hansısa ucqar kəndində yox… DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində orta məktəblərdə dərs kitabları qıtlığının yaranmasının yeganə günahkarı elə Misir Mərdanovdur və bir də təhsil nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdır. Çünki bu gün Bakının orta məktəbləri əgər 1-ci sinif dərslikləri sarıdan qıtlıq yaşayırsa, dərs ləvazimatı satan mağaza və dükanlarda həmin kitablar bolluq təşkil edir. Bu barədə danışan mənbəmiz bildirir ki, məhz Faiq Şahbazlının sayəsində Bakıdakı orta məktəblər üçün nəzərdə tutulan təxminən 5 minə yaxın birinci sinif dərslikləri bazarlara yol tapıb. Halbuki həmin dərsliklər orta məktəblərə verilməli imiş. Geri qayıt |