Əsas Səhifə > Güney Press / Manşet > DEPUTATIN FİRMASINA QARŞI ZORAKILIQ AKTI

DEPUTATIN FİRMASINA QARŞI ZORAKILIQ AKTI


21-09-2012, 14:09
DEPUTATIN FİRMASINA QARŞI ZORAKILIQ AKTI

В«QASİDВ»İN DAHA ÜÇ KÖŞKÜNƏ VAXT QOYULDU

DİA.AZ: - Redaksiyamıza elə bu dəqiqələrdə daxilt olan məlumatlardan aydın olur ki, deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi В«QasidВ» mətbuat yayımı firmasına qarşı arxasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı şəxslər tərəfindən təzyiqlər davam etməkdədir.

Bu barədə DİA.AZ-a məlumatı verən mənbənin sözlərinə görə, bu gün səhər saatlarında Bakı şəhər icra hakimiyyəti adından В«QasidВ» firmasının metronun В«Memar ƏcəmiВ» stansiyası yaxınlığında yerləşən 198, 199, 200 saylı üç köşkünə vaxt qoyulub: В«Özlərini icra hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər köşk sahiblərinə sabahdan fəaliyyətlərini dayandırmalarını tələb edib və bildirib ki, sabah səhər saatlarında onların köşkləri ləğv ediləcəkВ».

Hər halda, В«QasidВ» firmasının bu şəkildə tənəzzül etdirilməsi prosesinin durmayacağı əvvəlindən də aydın idi. Çünki qəzet baş redaktorları PA-nın şöbə müdiri Əli Həsənovla görüşlərində yayım problemini yox, absurd reklam problemini daha qabarıq şəkildə çatdırdılar. İndi isə fəsadlarını çəkmək zorundadırlar.

Geri qayıt