Əsas Səhifə > Güney Press / Manşet > OQTAY ŞİRƏLİYEVDƏN HƏKİMLƏRƏ TƏLİMAT
OQTAY ŞİRƏLİYEVDƏN HƏKİMLƏRƏ TƏLİMAT20-09-2012, 16:15 |
![]() YAŞI ÖTMÜŞ HƏKİMLƏR VƏZİFƏLƏRİNİ SATIN ALA BİLƏRLƏR DİA.AZ: - Büdcə təşkilatlarında 65 yaş senzinin tətbiq olunması əslində hər zaman uğurlu hesab olunmur. Ən azından səhiyyə sistemində bu belədir. Məsələn, kifayət qədər təcrübəli və səriştəli həkimlər var ki, səhiyyənin onlardan imtinası heç də yaxşı hadisə deyil. Doğrudur, yaş senzi ilə əlaqədar səhiyyə sistemində aparılan islahatlar yalnız həmin kateqoriyadan olan həkimlərə vəzifələrini itirmələri hesabına başa gəlib. Amma bu halda belə, prosesin tətbiqi səhiyyə sahəsinə müsbət heç nə gətirməyib. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən məlumatlı qaynaq iddia edir ki, məhz yuxarıdakı arqumentlər səhiyyə naziri Oqtay Şirəliyev üçün yeni gəlir sahəsinə zəmin yaradıb. Mənbənin söylədikləri: В«Son aylarda mindən artıq vəzifə tutan yaşlı tibb işçisi postundan azad edilib. Lakin onlar səhiyyə sistemindən uzaqlaşmayıblar və hələ də ayrı-ayrı xəstəxanalarda və yaxud da elə əvvəldən çalışdıqları tibb ocaqlarında fəaliyyətlərini davam etdirirlər. Amma bunlan sonra nazirin təlimatına uyğun olaraq 65 yaşını haqlamış həkimlər vəzifələrində saxlana da bilərlər. Artıq belə bir təlimat verilibВ». Mənbəmiz iddia edir ki, yuxarıdakı məntiqdən çıxış edən Oqtay Şirəliyevin burada əsas marağı heç də keyfiyyətli tibbi xidmət maraqlarına qulluq deyil: В«Təbii ki, burada yenə də irəli çıxanı maddi maraqlardır. Çünki hər bir vəzifəli tibb işçisi postunda qala bilməsi üçün müəyyən məbləğdə - daşıdığı vəzifənin miqyasına və əhəmiyyətinə görə pul ödəməlidir. Artıq nazirlikdə konkret olaraq kadrlar idarəsi bu səbəblə yeni pulyığma kampaniyasına start verib. Hətta səbirsizliklə gözləyirlər ki, hansısa baş həkimin 65 yaşı tamam olsun və onu da В«məngənələrinəВ» keçirə bilsinlərВ». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |