Əsas Səhifə > Güney Press / Manşet > YARDIMLIDA XƏZƏR ASLANOV NOSTALGİYASI

YARDIMLIDA XƏZƏR ASLANOV NOSTALGİYASI


20-09-2012, 15:17
YARDIMLIDA XƏZƏR ASLANOV NOSTALGİYASI

TƏZƏ İCRA BAŞÇISI RAYONU ZİBİLXANAYA ÇEVİRİB

DİA.AZ: - Sumqayıtın keçmiş deputatı Sevindik Hətəmov Yardımlıya başçı göndərildikdən sonra özünün qalmaqallı kadr islahatları ilə daha çox diqqətə gəldi. Daha doğrusu, köhnə heyətlə bacarmayan Sevindik Hətəmov yalnız bir-iki kadr islahatı həyata keçirə bildi ki, bu islahatların da əslində müsbət mənada yox, mənfi mənada yenilik yaratdığı söylənilir.

Hər halda, DİA.AZ redaksiyasına rayondakı mənbələrdən ötürülən informasiyalardan belə qənayət əmələ gəlir. Məlumatı verən qaynaq iddia edir ki, Sevindik Hətəmov Yardımlıya başçı gələndən sonra Xəzər Aslanovun dövründə işlənmiş cinayət əməllərini belə örts-basdır etdi ki, bundan sonra barmağını dişləyən yerli sakinlər vəziyyətin dəyişməcəyi haqda qənaətə gəldilər.

Rayondakı qaynaq bildirir ki, əgər Xəzər Aslanovun vaxtında rayon mərkəzinin küçələri vaxtlı-vaxtında süpürülüb-təmizlənirdisə, indii Yardımlı əməlli-başlı zibilxananı xatırladır: В«Başçının iradəsizliyi hətta kommunal təsərrüfat idarəsinin də laqeydliyinə nədən olubВ».

Mənbəmiz sonda onu da bildirir ki, Sevindik Hətəmovun Yardımlısı eynən Əbdürrəhman Vəzirovun Azərbaycanını xatırladır… Yəni başçısı olan başsız ünvanı…

Geri qayıt