Əsas Səhifə > Güney Press / Manşet > BƏYLƏR ƏYYUBOV FAZİL MƏMMƏDOVU BİTİRİR
BƏYLƏR ƏYYUBOV FAZİL MƏMMƏDOVU BİTİRİR20-09-2012, 14:35 |
![]() VERGİLƏR NAZİRİNDƏN KÖHNƏ İŞİN QİSASI ALINDI DİA.AZ: - Vergilər naziri Fazil Məmmədovun mövqeləri zərbə altındadır və hətta nazir postundan belə alına bilər. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələrdən xəbər verilib. Məlumatlardan aydın olur ki, Fazil Məmmədov Bəylər Əyyubovla ədavətinin qurbanı olur ki, hətta bu məsələdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov belə adamını qorumaq iqtidarında deyil. Xatırladaq ki, Fazil Məmmədov bir neçə ay əvvəl Bəylər Əyyubovun bostanına daş atmışdı. Belə ki, bu ilin iyun ayının 27-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Quliyev Faiq Süleyman oğluna məxsus, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Rəcəbov küçəsi, ev 24 ünvanda yerləşən “Firuzə” şadlıq sarayının əmlakının siyahıya alınması tədbirləri həyata keçirilmişdi. F.Quliyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən 2012-ci ilin aprel ayı üzrə 8 min 909,54 manat vergi borcunun yarandığı müəyyən edilmiş, qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə baxmayaraq vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ödənilməyib. İyun ayının 20-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi F.Quliyevə məxsus “Firuzə” şadlıq sarayının əmlakının siyahıya alınması haqqında Qərar çıxarıldı. Vergi ödəyicisi əmlakın siyahıya alınması zamanı borcun bir hissəsini, yəni 4 min 500 manatını yerindəcə ödəmiş, qalan 6 min 450 manat məbləğ isə ödənilmədiyindən, şadlıq evinə məxsus müxtəlif növ texniki avadanlıqlar və mebel müvafiq qaydada siyahıya alınmışdı. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, sözügedən şadlıq sarayı Bəylər Əyyubova yaxın bir şəxsə məxsusdur. Mənbənin söylədikləri: В«Vergilər nazirliyinin bu məsələdə sərt davranmasının səbəbləri var. Buna qədər dəfələrlə həmin şadlıq sarayının rəhbərliyinə xəbərdarlıq edilsə də, general Bəylər Əyyubova güvənən şadlıq sarayının rəhbərliyi bir neçə dəfə VN əməkdaşlarını qapısından belə qovubВ». Yəni bundan sonra vəziyyətin bu həddə çatdığını və məsələyə birbaşa olaraq vergilər naziri Fazil Məmmədovun qarışdığını bildirən mənbəmiz vurğuladı ki, nazirlik adından cərimə qərarının çıxarılmasını birbaşa olaraq nazirin özü verib. İndi isə aydın olur ki, köhnə hadisəni unutmayan Bəylər Əyyubov Fazil Məmmədovdan qisas almaq fürsətini əldə edib. Mənbəmiz bildirir ki, birbaşa olaraq prezidentə operativ çıxış imkanı olan Bəylər Əyyubov VN şefi ilə bağlı mənfi rəy yaratmağa müvəffəq olub və hətta onun adının В«qara siyahıyaВ» salınması yolunda da ciddi addımlar atıb. Bu barədə mənbənin söylədikləri: В«Fazil Məmmədov ən uzağı qarşıdan gələn prezident seçkilərinə qədər görəv başında qalacaq. Sonradan onun nazir kimi təsdiqi isə heç inandırıcı deyil. Çünki artıq Bəylər Əyyubov onun qələmini qırdıra bilib»… Geri qayıt |