Əsas Səhifə > Güney Press / Manşet > ŞƏKİNİN İCRA BAŞÇISI FİRONLA BACARMIR

ŞƏKİNİN İCRA BAŞÇISI FİRONLA BACARMIR


19-09-2012, 15:00
ŞƏKİNİN İCRA BAŞÇISI FİRONLA BACARMIR

RAYONDA ƏMƏLLİ-BAŞLI В«BESPREDELВ»DİR

DİA.AZ: - Şəkidə bir sahibkarı intihar həddinə çatdırılması ittihamına hədəf olması səbəbindən köhnə başçının gedişindən sonra, 2011-ci ildə Ağstafanın rəhbərliyindən Şəkiyə icra başçısı göndərilən Elxan Usubov bu qədim bölgəmizdə insanların narazılıqlarını cilovlamış kimi görünsə də, məsələ heç də belə deyil. DİA.AZ-a Şəkidəki qaynaqlardan ötürülən informasiyalardan belə aydın olur ki, neçə müddətdir ki, icra başçısı ilə icra hakimiyyətinin öz müavinlərindən biri arasında qalmaqal yaşanmaqdadır və başçı demək olar ki, öz işçisi ilə baş edə bilmir.

Mənbənin söylədikləri: В«Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili, proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev hazırda icra hakimiyyətində boş qalmış şəhər təsərrüfatı şöbəsinin müdiri postuna özünə yaxın bildiyi şəxslərdən birini təyin etdirmək istəsə də, bu məsələdə başçı ilə toqquşası olub. Başçı həmin posta tamam başqa bir şəxsi gətirmək istəyir. Amma В«yuxarılarlaВ» daha sıx əlaqələri olan Firon Əliyev anonim müraciətlər hesabına bu işi yubadır ki, nəhayətdə öz adamını şöbə müdiri etdirə bilsinВ».

ŞƏKİNİN İCRA BAŞÇISI FİRONLA BACARMIR

Mənbəmizin sözlərindən o da aydın olur ki, məhz bu səbəbdən sözügedən post boş qalıb: В«Təsəvvür edin, bu da əslində rayonda ikihakimiyyətlilikdən xəbər verir. Elxan Usubovun zəif damarını tapan Firon Əliyev hər dəfə bu məsələnin üzərinə onun istəklərinə uyğun olmayan tərzdə gəlindiyi zaman В«yuxarılaraВ» ünvanlanmış başçı ilə bağlı donos xarakterli materialların da sayını bol edirВ».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt