Əsas Səhifə > Güney Press / Manşet > ŞEYXİN QOHUMLARINI KİMLƏR ARAŞDIRIR?
ŞEYXİN QOHUMLARINI KİMLƏR ARAŞDIRIR?19-09-2012, 12:48 |
![]() BİR QUDA İSPANİYADA, DİGƏR QUDA BAKIDA TƏQİB OLUNUR DİA.AZ: - Məlumdur ki, şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, tanınmış iş adamı, В«Evsen GroupВ»un prezidenti Əli Evsen neçə müddətdir ki, Misirin keçmiş dövlət rəhbərliyi ilə korrupsiya əməliyyatlarında iştirak etməsi səbəbindən cinayət təqibindədir və ara-sıra onun İspaniya polisi tərəfindən qollarının qandallanması barədə xəbərlər yayılır. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Şeyxin digər qudası - Hacı Mazan da oxşar aqibəti yaşaya bilər, amma bir qədər fərqli formada. Xatırladaq ki, bu günlərdə Hacı Mazana məxsus olduğu söylənilən və Masallı rayonu ərazisində yerləşən В«ViləşВ» otelinin əslində əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini vurğulamışdıq və qeyd etmişdik ki, Bakıdakı məmurlar həmin otelə dünyanın istənilən ölkəsindən qız sifariş edərək təşrif buyururlar. Elə buna görə də, son günlərə qədər В«ViləşВ» otel toxunulmazlığını qorumağa müvəffəq olub. Amma son günlərə qədər. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, artıq Hacı Mazanın bu yöndəki fəaliyyətin ciddi şəkildə araşdırılır və onun bağlı faktlarla bağlı müvafiq hüquqi addımların atılması da nəzərdə tutulub. Bu isə Hacı Mazanın qollarının qandallanması deməkdir. Qeyd edək ki, keçən ay İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən Masallı rayonu ərazisində yerləşən ayrı-ayrı istirahət mərkəzlərində və otellərdə xüsusi REYDLƏR keçirildi ki, həmin reydlər zamanı da В«ViləşВ» otel toxunulmaz qalmışdı. Nəzərinizə çatdırırıq ki, bu reydlərlə bağlı yaxın günlərdə diqqətinizə çox ilginc faktları çatdıracağıq və bu faktlar Azərbaycanın hüquq-mühafizə orqanlarının aktivinə yazılan növbəti biabırçı mənzərəni ifşa etmiş olacaq. Bizi izləməkdə davam edin… Geri qayıt |