Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEV В«ROBİN QUDВ» ROLUNDA

RÖVNƏQ ABDULLAYEV В«ROBİN QUDВ» ROLUNDA


17-09-2012, 14:49
RÖVNƏQ ABDULLAYEV В«ROBİN QUDВ» ROLUNDA

BU DƏFƏ VƏZİFƏLİ ŞƏXSLƏRDƏN PUL YIĞILIR

DİA.AZ: - Redaksiyamıza Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı ilginc məlumat daxil olub. Hər halda, ARDNŞ şefi dünənə qədər hakim düşərgə üçün əvəzolunmaz pul kisələrindən biri hesab olunub və atəşfəşanlıq kimi pulların havaya sovrulduğu tədbirlərin tədarükündə ilk olaraq Rövnəq Abdullayev yada düşüb.

Qarşıdan isə 20 Sentyabr - Neftçilər Günü gəlir. Və məlumdur ki, В«Əsrin sazişiВ» adlanan neft kontraktının imzalandığı gündən qeyd olunan bu tədbirə Rövnəq müəllim xüsusi olaraq hazırlaşır. Hər il bu tarixdə Milli Dənizkənarı Park ərazisində bayram şənlikləri təşkil olunur. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu il də eyni qaydada şənliklər təşkil olunacaq və bu səbəbdən artıq ARDNŞ şefi bəri başdan hərəkətə keçib.

Mənbəmiz bildirir ki, Dövlət Neft Şirkətinin bütün idarə müdirləri və bütün rəhbər çalışanları 20 sentyabr tarixi ilə bağlı ARDNŞ şefinin göstərişi əsasında yaradılmış xüsusi fonda 2 min manat pul köçürməlidirlər: В«Təxminən 700 nəfər rəhbər işçiyə belə bir tapşırıq verilib ki, bu da 1 milyon 40 min manatın yığılması deməkdirВ».

Mənbəmiz iddia edir ki, artıq iki həftədir həmin vəsaitin toplanması prosesi gedir: В«Görülən və görüləcək işlərin maliyyə qaynağı kimi nəzərdə tutulan yığılmış vəsaitin sonna qədər xərclənməyəcəyi və bu prosesdən Rövnəq Abdullayevin qazanclı çıxacağı şübhəsizdirВ».

В«Nədən kimsə bu pulyığımına etiraz etmirВ» sualının cavabında isə mənbəmiz bildirdi ki, hər halda, bunu həmin şəxslərin özləri yaxşı cavablandıra bilər: В«Onlar il uzunu büdcəni talamaqla məşğuldurlar. Bu səbəbdən də susmaq onlar üçün yeganə çıxış yoludur. Etiraz edərlərsə, vəzifələrini itirə bilərlərВ».

Hər halda, Rövnəq Abdullayevi bu məsələdə təqdir etmək də olar. Ən azından ona görə ki, digər rəhbər işçilərdən fərqli olaraq Rövnəq Abdullayevin pulyığma kampaniyasının hədəfində sıravi fəhlələr yoxdur.

Geri qayıt