Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOV TQDK SƏDRİNDƏN NİYƏ ƏL ÇƏKMİR?
MİSİR MƏRDANOV TQDK SƏDRİNDƏN NİYƏ ƏL ÇƏKMİR?17-09-2012, 13:40 |
![]() HƏR HALDA YUNUS OĞUZ ÖZ AMPLUASINDAN GERİ ÇƏKİLMİR DİA.AZ: - В«FürsətdirВ» deyib Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin üzərinə yeriyən təhsil naziri Misir Mərdanovun əli qələm tutanları neçə müddətdir ki, qəbul imtahanlarında təqdim olunan test sualları kitabçasını əməlli-başlı təftiş etməklə məşğuldurlar. Təbii ki, istənilən bir qüsurun qabardılaraq, həlli naminə ortaya çıxarılması gözəl bir hadisədir. Amma TQDK-nın bu məsələdə hədəflənməsi əslində gözəllikdən daha çox, eybəcər bir mənzərənin - qisas hissindən alışıb yanan Misir Mərdanovun fürsəti fövtə verməmə isterikasının təzahürünə çevrilib. Yenə də ənənəvi qaydada TQDK sədri ittiham olunur və yenə də ənənəvi simaların iştirakı ilə. Xatırladaq ki, bir müddət əvvəl əsərləri orta məktəb dərsliklərinə salınan В«OlaylarВ» informasiya agentliyinin və eyni adlı qəzetin sahibi Yunus Oğuz bir başqa qaydada TQDK sədrinin üzərinə yerimişdi. Doğrudur, həmin ərəfədə Misir Mərdanovdan təlimat alan Yunus Oğuz TQDK sədrinin ərə getdiyini iddia edərək onunla bağlı heç bir insanlığa yaraşmayan şəkildə mənfi rəy yaratmağa çalışmışdı. İndii isə daha çox TQDK sədrinin üzərinə В«elmi dildəВ» gəlirlər. Və bu gün yuxarıda adı çəkilən agentliyin portalında В«Test suallarındakı xaotik mənzərə və»… başlıqlı guya ki, araşdırma yazısı olan bir məqalə yer alıb. Hər halda, bu yazının hansı zərurətdən doğduğunu müəyyən etmək o qədər də çətin deyil. Əsas olanı isə odur ki, möhtərəm Misir müəllim hələ də Məleykə Abbaszadənin kölgəsini qılınclamaqla məşğuldur. Belə yerdə deyirlər ey, iş görmək lazımdır, cənab nazir, iş görmək… ![]() Geri qayıt |