Əsas Səhifə > Güney Press / Manşet > VAXT YETİŞDİ: ABUTALIBOV YOLA SALINIR
VAXT YETİŞDİ: ABUTALIBOV YOLA SALINIR16-09-2012, 14:06 |
![]() BŞİH RƏHBƏRİ POSTUNDA DƏYİŞİKLİK GÖZLƏNİLİR DİA.AZ: - Gedişi barəsində dəfələrlə yazılmasına rəğmən, hələ də görəv başında qalan məşhur В«91-lərВ»in sonuncu nümayəndələrindən biri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəhayət ki, vəzifəsindən alınır. Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlar ötürüb. Mötəbər mənbənin xəbərinə görə, 68 yaşlı Hacıbala Abutalıbov heç də hansısa В«qüsurunaВ» görə deyil, sırf olaraq yaş senzi ilə əlaqədar vəzifəsindən azad ediləcək. Onun yerinə isə bu vaxta qədər deyilənlərin təsdiqi olaraq hazırda Şirvan rayonuna rəhbərlik edən Mərdan Camalov gətirilir. Qeyd edək ki, Mərdan Camalov Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşıdır və yerli mətbuatda yer alan xəbərlərdə vurğulanırdı ki, Mərdan Camalov çoxdandır Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna hazırlanır və bu müstəvidə o, bu gün demək olar ki, rəqibsizdir. Dünənə qədər Bakı meri vəzifəsinə namizəd kimi dəyərləndirilən hazırda Sumqayıt ŞİH-nə rəhbərlik edən Eldar Əzizov və Gəncənin başçısı Elmar Vəliyev artıq oyundan çıxmış vəziyyətdədirlər. Bir daha vurğulayaq ki, Hacıbala Abutalıbov mərhum prezident Heydər Əliyev tərəfindən В«YAP-ın qaymağıВ» kimi qiymətləndirilmiş məşhur В«91-lərВ»dən vəzifə başında olan tək-tük simalardan biridir. Əgər o gedərsə, o zaman hazırda В«AzərbaycanВ» Dövlət Nəşriyyatına rəhbərlik edən Ağabəy Əsgərov В«91-lərВ»in vəzifə başında olan sonuncu nümayəndəsinə çevriləcək. Geri qayıt |