Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: FƏRHAD ƏLİYEV AZADLIĞA ÇIXA BİLƏR

ŞOK: FƏRHAD ƏLİYEV AZADLIĞA ÇIXA BİLƏR


11-09-2012, 16:13
ŞOK: FƏRHAD ƏLİYEV AZADLIĞA ÇIXA BİLƏR

HAKİMİYYƏT SEÇKİ ƏRƏFƏSİNDƏ YUMŞALMALARA GEDƏCƏK

DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxa bilər. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb.

Mənbəmiz iddia edir ki, Fərhad Əliyevin azadlığı məsələsi Azərbaycana yenicə olaraq səfir təyin edilmiş amerikalı Riçard Morninqstarla Azərbaycanın dövlət başçısı arasında da müzakirə olunub: В«Qərb Fərhad Əliyevin 2013-cü ilin sonlarına qədər azadlığa çıxmasını arzulayır və görüşdə Azərbaycan prezidenti bu barədə müsbət reaksiya veribВ».

Qeyd edək ki, Fərhad Əliyev həbs olunduqdan sonra bu məsələ ilə əlaqədar Qərbin bir çox instansiyalarından sabiq nazirin azadlığa buraxılması tələbilə rəsmi Bakıya müraciətlər ünvanlansa da, bunların heç bir diqqətə alınmadı. Hətta sabiq nazirin vəziyyəti daha da gərginləşdirildi. Belə ki, ona kəsilən 11 illik cəza həbs olunduğu gündən yox, mühakimə olunduğu müddətdən hesablandı ki, bu da Fərhad Əliyevin 2 il artıq həbsdə saxlanılacağı anlamını daşıyır. Digər tərəfdən isə Fərhad Əliyevin səhhətindəki problemlər də onun bu gün azadlığa çıxması üçün zəmin rolunu oynaya bilər. Amma bu faktor da rəsmi Bakı tərəfindən nəzərə alınmayıb.

İndi isə söylənilir ki, prezident seçkiləri ərəfəsində YAP iqtidarı cəmiyyətə bir sıra müsbət impulslar vermək niyyətindədir və bu əsnada keçmiş iqtisadi inkişaf nazirinin azadlığa çıxa biləcəyi də söylənilir. Artıq bu məsələnin ABŞ-ın yeni səfirilə görüşdə də dartışıldıbı məlumdur.

Geri qayıt