Əsas Səhifə > Güney Press / Manşet > CƏNUB MAFİYASININ TÜRKİYƏ SƏFİRLİYİ VƏ...

CƏNUB MAFİYASININ TÜRKİYƏ SƏFİRLİYİ VƏ...


10-09-2012, 17:01
CƏNUB MAFİYASININ TÜRKİYƏ SƏFİRLİYİ VƏ...

DİA.AZ: - Xəbər verildiyi kimi sentyabrın 8-də Lənkəran şəhərində Türkiyənin fəxri konsulluğu açılıb. Azərbaycanın cənub bölgəsinin 7 rayonunu əhatə edəcək konsulluğun açılması sözsüz ki, əhəmiyyətli hadisədir. Amma açılış mərasiminin təşkili və mərasimə qatılan iştirakçılarla bağlı müəyyən suallar yaranıb.

Xatırladaq ki, açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, azərbaycanlı iş adamı Mübariz Mənsimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Lənkəran icra başçısı Taleh Qaraşov, azərbaycanlı və türkiyəli millət vəkilləri, iş adamları iştirak ediblər. Çıxışında səfir Hulusi Kılıç “Biz Mənsimovlara güvənirik” ifadəsini işlədib.

Qeyd edək ki, Türkiyənin Lənkəranda fəxri konsulu təyin olunmuş Mais Mənsimov Türkiyədə çalışan və türk siyasi dairələri ilə yaxşı əlaqələr qura bilmiş azərbaycanlı iş adamı Mübariz Mənsimovun qardaşdıdır.

Türkiyə səfirinin iş adamının qardaşına belə önəm verməsi müəyyən şübhələr yaradır. Diplomatik nümayəndəliyin açılışında din xadiminin, şeyxülislamın iştirakı da başa düşülən deyil. Sual doğuran məsələlərdən biri də o idi ki, fəxri konsulluğun açılışında Xarici İşlər Nazirliyindən heç bir nümayəndə iştirak etməyib.

DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, əslində Türkiyənin Lənkəranda açdığı konsulluq birbaşa olara Mənsimovların, daha dəqiqi “Palmali”nin şefi Mübariz Mənsimovun istəyi ilə baş tutub. Və nə zaman imiş ki, bu məsələ Azərbaycanın xarici işlər nazirliyi tərəfindən yubadılırmış. Məlumatlı mənbə bu barədə bildirir ki, Mübariz Mənsimov iki ildir ki, Lənkəranda Türkiyənin konsulluğunun açılmasına çalışsa da, Azərbaycan XİN belə bir diplomatik filialın fəaliyyətini məqsədəuyğun hesab etməyib.

Amma bütün bunlara rəğmən rəsmi Bakı ilə rəsmi Ankaranın könlünü almağa müvəffq olan Mübariz Mənsimov Lənkəranda konsulluq açmağa müvəffəq olur. Hər halda kiminsə dövlət işlərini oyuncağa çevriməsi absurddan xəbər verir. Bu məqama xüsusi diqqət ayırmağın lazım olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, Lənkərandakı yeno konsulluğu artıq hakimiyyət dəhlizlərində “Cənub Mafiyasının Türkiyə Səfirliyi” də adlandırırlar.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt