Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI TÜRK ŞİRKƏTİNDƏN NİYƏ KÜSÜB?

İCRA BAŞÇISI TÜRK ŞİRKƏTİNDƏN NİYƏ KÜSÜB?


10-09-2012, 15:06
İCRA BAŞÇISI TÜRK ŞİRKƏTİNDƏN NİYƏ KÜSÜB?

DİA.AZ: - Masallının icra başçısı Rafil Hüseynovun adı daha bir şikayət məktubunda hallandırılır. Bu dəfə redaksiyamıza şikayət məktubu ilə müraciət edən bir qrup Masallı rayon sakininin narazılığı rayon mərkəzinin bərbad durumda olması və yolların böyük əksəriyyətinin qazılmış halda tərk edilməsindəndir.

DİA.AZ-a daxil olan şikayət məktubunda Masallı rayon mərkəzinin Zərifə Əliyeva, Füzuli küçələrinin və Talışxanov, Heydər Əliyev prospektlərinin sakinləri bildirirlər ki, yollarının bərbad olması səbəbindən şəxsi maşını olanlar iki gündən bir usta yanına qaçmalı olurlar:

В«Həm canımız sıradan çıxıb, həm də malımız. Yerli rəhbərliyə dəfələrlə müraciət etmişik, amma bizi eşidən yoxdur. Yolu təmir edən Türkiyə şirkəti В«EserВ»lə başçının arası dəydiyindən yollarımızın təmiri dayandırılıb. Halbuki avqust ayında bizim küçə təmirdən çıxmalı idiВ».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt