Əsas Səhifə > Güney Press / Manşet > SƏLİM MÜSLÜMOVA İSTEFA YOLU GÖRÜNDÜ

SƏLİM MÜSLÜMOVA İSTEFA YOLU GÖRÜNDÜ


10-09-2012, 14:41
SƏLİM MÜSLÜMOVA İSTEFA YOLU GÖRÜNDÜ

ONUN YERİNƏ HESABLAMA PALATASININ SƏDR MÜAVİNİ GƏTİRİLİR

DİA.AZ: - Redaksiyamıza növbəti kadr islahatları ərəfəsini yaşayan hakim komandanın tərkibinin dəyişdiriləcəyi ilə bağlı ilginc faktlar daxil olub. Bilgili mənbələrdən DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, sentyabr ayının sonlarından etibarən start düyməsi basılacaq total kadr islahatlarının qurbanlarından biri də Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovdur.

Xatırladaq ki, Səlim Müslümovun mövqeləri artıq bir ildən çoxdur ki, laxlamaqdadır və kifayət qədər etibarsız bir mövqedə qərar tutan DSMF şefi elə antikorrupsiya sezonunda da daha çox işçisini qurban verən bir dövlət qurumunun şefi kimi diqqətə gəldi.

Bildirək ki, antikorrupsiya sezonunun birinci dalğasında DSMF strukturlarında çalışanların daha çox hədəfə alınması heç də təsadüfi deyildi. Elə son aldığımız məlumat da təsdiqləyir ki, ilk əvvəl reputasiyası hədəfə alınan Səlim Müslümovun özü ilə bağlı da planlar mövcud imiş.

Mənbəmiz sözlərinə görə, artıq DSMF-nin sədri postuna kimin təyin olunacağı da qətiləşib. Bu barədə verilən xəbərlərdə deyilir: В«Səlim Müslümovun yerinə hazırda Hesablama Palatasında sədr müavini vəzifəsini daşıyan Adil Məhərrəmov gətiriləcək. Əslən Ağdam rayonundan olan Adil Məhərrəmovun isə Prezident Administrasiyası rəhbərliyinə yaxın fiqur olduğu söylənilir.

Geri qayıt