Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEV 2013-ÜN FAVORİT GÜCÜDÜR

RAMİZ MEHDİYEV 2013-ÜN FAVORİT GÜCÜDÜR


7-09-2012, 17:35
RAMİZ MEHDİYEV 2013-ÜN FAVORİT GÜCÜDÜR

PA ŞEFİ ƏN AZINDAN 3 İLLİK NƏFƏSLİK QAZANIB

DİA.AZ: - Bir neçə gün əvvəl prezident İlham Əliyev В«Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət PlanıВ»nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Sərəncamdan aydın olurdu ki, dövlət başçısı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanı yeni elan olunan 3 illik antikorrupsiya sezonunda favorit mərkəz kimi müəyyən edib.

Bununla əlaqədar DİA.AZ-a məlumat verən hökumət içindəki mənbə bildirir ki, əslində yeni sərəncamda əsas ağırlığın yenə də PA şefinin əlində cəmləşməsi həm də hakimiyyətiçi münasibətlərin təzahürü kimi qəbul olunmalıdır: В«Yəni yenə də Ramiz Mehdiyev mövqelərinin möhkəm olduğunu bir çoxlarına nümayiş etdirməyi bacardı. Hər halda 2-ci antikorrupsiya sezonunun sükanı arxasında dayanmaq PA şefi üçün rəqiblərinə qarşı əlavə təzyiq rıçağı əldə etməyə bərabərdirВ».

Mənbəmiz onu da bildirdi ki, bunun bəzi ekspertlər tərəfindən mehdiyevçilərin qələbəsi kimi təqdim olunmasında kifayət qədr ciddi əsaslar var: В«Doğrudur, Baş prokurorluq bu prosesdə daha çox icraçı qurumdur və prosesin prinsipləri Mehdiyevin rəhbərlik etdiyi komissiyanın sahəsinə aid bir işdir. Amma buna rəğmən verilən sərəncamın mətni bəziləri üçün ciddi siqnal əhəmiyyətini daşıyıbВ».

Mənbəmiz onu da bildirdi ki, bununla həmçinin qarşıdan gələn 2013-cü il prezident seçkilərində də aparıcı xəttin kimlərə malik olacağı müəyyən edilmiş olur.

Geri qayıt