Əsas Səhifə > Güney Press / Manşet > İRANDAN MİSİR MƏRDANOVA MÜQAYİSƏLİ ZƏRBƏ
İRANDAN MİSİR MƏRDANOVA MÜQAYİSƏLİ ZƏRBƏ6-09-2012, 17:30 |
![]() MOLLA MƏTBUATI TƏHSİL NAZİRİMİZİ İTALYAN NAZİRLƏ BİR TUTDU DİA.AZ: - Hər addımda Azərbaycana qarşı təbliğat aparan İran mətbuatı indi də Azərbaycanın təhsil naziri Misir Mərdanovu hədəfə alıb. Belə ki, Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağanı Misir Mərdanovun ayağına yazan fars mediası TN şefini italyan nazirlə müqayisə edib. DİA.AZ olaraq AranNews-un həmin materialını olduğu kimi təqdim edirik: В«Mənbəmizin Press TV-yə istinadla verdiyi məlumata əsasən, İtaliyanın dövlət katibi Roberto Maroni qadınların İslam şəriətinə əsaslanan geyimini (hicabı) qadağan edən qanunu imzalamayıb. O deyib: "Bakirə Məryəmin heykəlləri hicablı olduğu surətdə mən hicabı qadağan edən qanunu necə imzalaya bilərəm?" Halbuki, Azərbaycanın təhsil naziri Misir Mərdanov iki ildir ki, vahid məktəbli forması geyimi bəhanəsi ilə İslam ölkəsində orta məktəblərdə islami hicabı qadağan edib və təhlükəsizlik qüvvələri də bu vəziyyətə etiraz edənləri zindana yollayırВ». Geri qayıt |