Əsas Səhifə > Güney Press / Manşet > İSMƏT ABBASOV GƏLƏN SEÇKİYƏ QƏDƏR QALACAQ
İSMƏT ABBASOV GƏLƏN SEÇKİYƏ QƏDƏR QALACAQ6-09-2012, 17:13 |
![]() KTN ŞEFİNİN RƏQİBLƏRİ ÜÇÜN BƏD XƏBƏR DİA.AZ: - Hələ 2008-ci ilin prezident seçkiləri zamanı bir sıra prezidentliyə namizədlər üçün asan bir hədəf funksiyasını həyata keçirən və bəziləri üçün öz müxalifliklərini sübutetmə vasitəsinə çevrilən kənd təsərrüfatı naziri İsmət Abbasov gözləntilərin əksinə olaraq hələ də görəv başındadır. DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan ötürülən informasiyalardan belə aydın olur ki, İsmət Abbasov gələn prezident seçkilərində də vəzifə başında qalacaq. Yəni onunla bağlı hər hansı əlahiddə dəyişiklik planı mövcud deyil. Xatırladaq ki, bu günə kimi İsmət Abbasovu bir neçə iqtidardaxili qruplaşmanın hədəfə alındığı söylənilirdi. Bu sırada isə həm Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adları xüsusi olaraq çəkilməkdə idi. Məlumatlı mənbənin bildirdiyinə görə, İsmət Abbasova birbaşa olaraq В«stavkaВ» ən yüksək pillədən gəldiyindən hansısa rəqib cinahın nəinki etiraz etmə iqtidarı qalmayıb, hətta bu yöndəki əvvəlki fəaliyyətlərinə də qayıda bilmirlər. Xatırladaq ki, son zamanlar KTN şefinə qarşı çıxış edənlər sırasına Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov da qoşulmuşdu. Mənbəmiz bildirir ki, əksinə, indi vəziyyət Kərəm Həsənovun öz əleyhinədir. Yəni onun gələn il hansı məqamda oturacağı da şübhəlidir: В«Ola bilsin ki, hakimiyyət onunla yollarını seçkiyə qədər ayırsın»… Geri qayıt |