Əsas Səhifə > Güney Press / Manşet > BAKIDA 14 SURİYALI TÜRK AİLƏSİ YERLƏŞDİRİLİB
BAKIDA 14 SURİYALI TÜRK AİLƏSİ YERLƏŞDİRİLİB5-09-2012, 17:23 |
![]() ANKARADAKI SƏFİRLİYİMİZ İSƏ BUNU DANIR DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Suriyadan köç etmək zorunda qalan əslən Azərbaycan türkü olan bir qrup suriyalı öz tarixi vətnləri olan Azərbaycanda yaşaya bilmələri üçün qardaş Türkiyənin dövlət rəsmilərinə müraciət ünvanlayıb. Qeyd edək ki, məlumatımızda təxminən 300-ə yaxın ailənin Azərbaycanın Ankaradakı səfirliyinə müraciə etdiyini də bildirmişdik. Amma bu məsələyə ölkəmizin Türkiyədəki diplomatik eliçiliyindən gözləmədiyimiz halda çox aqressiv bir reaksiya gəldi. Belə ki, DİA.AZ-a telefon açaraq özünü Ankaradakı səfirliyimizin əməkdaşı kimi təqdim edən şəxs hər hansı Azərbaycan kökənli suriyalının səfirliyə müraciət etmədiyini bildirmişdi. Bu gün isə redaksiyamıza tamam fərqli məlumatlar daxil olub. Bu barədə məlumatı verən mənbə iddia edir ki, artıq 14 suriyalı (əslən Azərbaycan türkü olan) ailə Bakıda yerləşiblər və onların sonuncusu keçən həftə Bakıya gəlib. Onların Azərbaycanda Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin xətti ilə məskunlaşdırıldıqlarını söyləyən mənbəmiz onu da bildirdi ki, Bakıya gəlmək istəyən suriyalı soydaşlarımızın sayı çoxdur. Xatırladaq ki, soydaşlarımız Suriyada Bəşər Əsəd rejiminə qarşı Türkmən Ordusu da yaradıblar ki, onlar bu günlərdə beynəlxalq təşkilatlardan silah yardımı ala bilmələri üçün müraciət də yaymışdılar. Geri qayıt |