Əsas Səhifə > Güney Press / Manşet > VİLYAM HACIYEV DƏ ƏMİSİ OĞLUNUN YOLUNU TUTUB
VİLYAM HACIYEV DƏ ƏMİSİ OĞLUNUN YOLUNU TUTUB29-08-2012, 16:20 |
![]() İMİŞLİDƏ MÜXALİFƏTƏ QARŞI KAMPANİYA BAŞLAYIR DİA.AZ: - Deyəsən, hakimiyyətin son zamanlar Əli Kərimliyə qarşı başlatdığı kampaniya əyalətlərə keçid almaq üzərədir. Bu məlumatı redaksiyamıza İmişlidəki qaynaqlar ötürüblər. DİA.AZ-a verilən xəbərə görə, rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev yerli müxalifətçilərə qarşı kampaniya tədarükündədir. Bildirək ki, Vilyam Hacıyev AXCP sədri Əli Kərimlini hədəfə çevirən В«Əbülfəz Elçibəyi zəhərləyiblərВ» iddiası ilə baş prokurorluğa müraciət edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur. Və anlaşılanı odur ki, Bakıdakı əmisi oğlunun kampaniyasından ruhlanan Vilyam Hacıyev də İmişlidə yerli müxalifətçiləri prezident seçkiisi öncəsi В«zərərsizləşdirməkВ» niyyətindədir. Mənbənin söylədikləri: В«İki gün əvvəl icra hakimiyyətində toplantı olub. Toplantı zamanı 2013-cü ilin prezident seçkilərindən danışan Vilyam Hacıyev yerli müxalifətçilərin siyahıya alınması ilə bağlı işçilərinə göstəriş verib. Daha sonra başçı bildirib ki, onun əvvəllər başçılıq etdiyi Samuxda müxalifət yox dərəcəsində idi və indi onlar üçün bir nömrəli vəzifə də İmişlidə müxalifətin yox dərəcəsinə salınmasına nail olmaqdırВ». Geri qayıt |