Əsas Səhifə > Güney Press / Manşet > ARİF QARAŞOVA QARŞI CİNAYƏT İŞİ AÇILIB
ARİF QARAŞOVA QARŞI CİNAYƏT İŞİ AÇILIB29-08-2012, 15:10 |
![]() BU ŞOK MƏLUMATI ONUN YAXINLARI YAYIB DİA.AZ: - Hələ hakimiyyətin start düyməsini basdığı antikorrupsiya kampaniyasının ilk günlərində mətbuatda belə bir xəbər yayıldı ki, Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov həbs olunub. Lakin sonradan bu məlumatın həqiqətə uyğun olmadığı bəlli olsa da, amma sabiq xidmət rəisinin durumunun heç də ürəkaçan olmadığı öyrənildi. Bu gün isə Arif Qaraşovun yaxınlarının yaydığı məlumatda ona qarşı cinayət işinin açıldığı bildirilir. DİA.AZ-a qeyd olunan çevrədən daxil olan informasiyadan aydın olur ki, bir müddət əvvəl В«Ekspress kafeВ», В«Şüşəli bazarВ» kimi obyektlərini itirməli olan Arif Qaraşov hətta verdiyi В«qurbanlaraВ» rəğmən hədəf olmaqdan yayına bilməyib. Xatırladaq ki, Arif Qaraşov birbaşa olaraq prezidentin qəzəb hədəfinə çevrildiyindən vəzifəsini itirməli olub. Belə ki, 2008-ci ilin prezident seçkiləri ərəfəsində Arif Qaraşov Bakıda 500 minə yaxın qanunsuz tikilinin olduğunu söyləyərək həmin evlərin söküləcəyini söyləmişdi. Prezident seçkiləri ərəfəsi kimi həssas bir dönəmdə Qaraşovun ümumiqtidar maraqlarını bu şəkildə zərbə altında qoyması nəinki birmənalı qarşılanmadı, onun özünü zərbə altında qoymuş oldu. Sonradan Arif Qaraşov qarışıq onun rəhbəri olduğu idarə ləğv edildi. Doğrudur, keçmiş xidmət rəisi yalan söyləməmişdi və indi aydın olur ki, əslində Arif Qaraşov hakimiyyətin məxfi planlarından birini yanlış zamanda və yanlış yerdə açıqlayıb. Məlumatlı mənbə bildirir ki, məhz bu açıqlama səbəbindən qanunsuz tikililərlə bağlı rəsmi Bakının planlarında ertələnmələr baş verdi. İndi isə Qaraşov bir başqa məsələ səbəbindən hədəfdədir. Məlumatlara görə, DRX-nin sabiq şefi konkret bir vətəndaş şikayəti əsasında ittiham olunur: В«Evi bu günlərdə sökülmüş Bakı sakinlərindən biri ona məxsus olan yaşayış dairəsinin məhkəmə tərəfindən qanunsuz elan olunmasına qarşı çıxıb və bu zaman DSX-dən aldığı sənədləri sübut kimi gətirsə də, heç bir faydası olmayıb. Sonradan həmin vətəndaş aldığı sənədin müqabilində 10 min manat pulu rüşvət kimi verdiyini söyləyib və məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edibВ». Mənbəmiz bildirir ki, ələ düşən fürsəti dəyərləndirməyə çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları şikayət əsasında Qaraşova qarşı cinayət işi qaldırıblar: В«Ama bu o demək deyil ki, Arif Qaraşov cəzalandırılacaq. Sadəcə olaraq, onun illər ərzində topladığı sərvətin olan-qalanı da bu yolla ələ keçirilirВ». Geri qayıt |