Əsas Səhifə > Güney Press / Manşet > AYAZ MÜTƏLLİBOVLA SEÇKİ BAZARLIĞI APARILIB
AYAZ MÜTƏLLİBOVLA SEÇKİ BAZARLIĞI APARILIB25-08-2012, 15:51 |
![]() SİYASİ DƏSTƏYİN MÜQABİLİNDƏ KEÇMİŞ PREZİDENTƏ VƏZİFƏ VERİLİR DİA.AZ: - Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra vətəndə yaşama hüququ əldə edən keçmiş prezident Ayaz Mütəllibovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Xatırladaq ki, gəldiyindən az sonra В«mediaforumВ» portalına açıqlamasında sabiq dövlət başçısı В«kiçik dövlət qulluğunda çalışa bilərəm, vəzifə təklifi olsa, razılaşaramВ» şəklində bir ifadə işlətmişdi ki, bunun da ciddi rezonansa nədən olduğu məlumdur. DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan ötürülən informasiyadan aydın olur ki, Ayaz Mütəllibovun vəzifə təmənnasında bulunması heç də səbəbsiz deyilmiş. Mənbə iddia edir ki, keçmiş dövlət başçısı ilə hələ Moskvada olarkən bu barədə söhbət aparılıb. Mənbənin söylədikləri: В«Ayaz Mütəllibovla danışıq aparan Prezident Administrasiyasının orta ranqlı bir məmuru ona Nazirlər Kabinetində vəzifə təklif edə biləcəklərini də hələ o zaman söyləmişdiВ». Mənbə iddia edir ki, artıq bu yöndə irəliləmələr var və Ayaz Mütəllibov ola bilsin ki, yaxın günlərdə NK-da vəzifəyə gətirilsin. Belə bir addımın atılacağının inandırıcı görünməməsinə rəğmən, mənbəmiz bildirdi ki, əslində bununla YAP iqtidarı özünə siyasi divident qazanmaq niyyətindədir: В«Məlumdur ki, qarşıdan prezident seçkiləri gəlir. Mütəllibov isə hələ də Şirvan regionunun şəriksiz lideridir. Belə bir fiqurun seçkilər vaxtı öz eloktoratına В«hamınızı İlham Əliyevə səs verməyə çağırıramВ» formasında müraciət etməsi, təbii ki, ciddi bir hadisə olacaqВ». Geri qayıt |