Əsas Səhifə > Güney Press / Manşet > MİNGƏÇEVİRDƏ BİN LADENİN В«MAĞARASIВ» VAR
MİNGƏÇEVİRDƏ BİN LADENİN В«MAĞARASIВ» VAR24-08-2012, 16:24 |
![]() AMMA BU YERDƏN TAMAM FƏRQLİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ OLUNUR DİA.AZ: - Dünyaca məşhur terrorçu, В«Əl-QaidəВ»nnin qətlə yetirilmiş lideri Üsamə Bin Ladenin adını sən demə, Azərbaycanın 4-cü ən böyük şəhəri hesab olunan Mingəçevirdə əbədiləşdiriblər. DİA.AZ-a Mingəçevirdəki mənbələrdən daxil olan informasiyadan aydın olur ki, bir zamanlar Bin Ladenin sığındığı Tora-Bora mağarasının adına uyğun olaraq Mingəçevirdə - Mingəçevir В«dənizininВ» yaxınlığında В«Bora-BoraВ» adında bir istirahət mərkəzi fəaliyyət göstərir. Mənbə iddia edir ki, yerli məmurlardan birinin himayəsi altında olan həmin istirahət mərkəzinin nə Bin Ladenə, nə də onun ideyalarına heç bir aidiyyatı olmasa da, nəinki Mingəçevir şəhərində, hətta ətraf rayonlar arasında bu məkan olduqca məşhurdur. Məlumata görə, bir əxlaqsızlıq yuvası kimi ad çıxarmış В«Bora-BoraВ»nın müsafirləri arasında yerli məmurları tez-tez görmək olur: В«Hətta Bakıdan gələn məmurlar üçün də həmin ünvan bir istirahət məkanı kimi təqdim olunur. Bu da nəticədə əslində В«pritonВ» kimi xidmət göstərən obyektin toxunulmazlığını təmin etməkdədirВ». Geri qayıt |