Əsas Səhifə > Güney Press / Manşet > MALİYYƏ NAZİRLİYİNDƏ KORRUPSİYA ÇƏTƏSI

MALİYYƏ NAZİRLİYİNDƏ KORRUPSİYA ÇƏTƏSI


18-08-2012, 16:24
MALİYYƏ NAZİRLİYİNDƏ KORRUPSİYA ÇƏTƏSI

BİR QRUP İŞBAZ MƏMUR DÖVLƏT BÜDCƏSİNİ NECƏ DAĞIDIR?

Dövlət Maliyyə Nəzarəti Xidməti və Xəzinədarlıq Xidməti büdcə təşkilatlarını və sahbkarları soymaqla məşğuldur

Nazir müavini Azər Bayramova kisə dolu pullar daşınır

DİA.AZ: - Respublikada korrupsiya qarşı mübarizə tədbirlərinin üzdə də olsa genişləndiyi bir vaxtda Maliyyə Nazirliyi nədənsə kənarda qalıb. Bunun səbəbsiz olmadığı ən azından DİA.AZ-a daxil olan informasiyalardan anlaşılır və eyni zamanda məlum olur ki, elə əsl korrupsiya yuvası Maliyyə Nazirliyinin özüdür.

Bütün dövlət müəssisləri, sahibkarlar, istehsalatla məşğul olan müəssislər, yəni işi Maliyyə Nazirliyindən keçən hər bir şəxs səbirsizliklə korrupsiyalışmış quruma çevrilə Maliyyə Nazirliyinin özbaşınalığına nə vaxt son qoyulacığını gözləyir. Bu Nazirliyin fəaliyyəti başdan-başa korrupsiya, dövlət büdcəsini talamaq üzərində qurulsa da, təəssüf ki, onlar hələ də korrupsiyaya qarşı mübarizədən yayına biliblər. Maliyyə Nazirliyində korupsiya, rüşvət faktları o qədər çoxdur ki, insanda belə təsəvvür yaranır ki, onlar işi elə korrupsiyadır, büdcəni talamaqdır.

Görün vəziyyət nə qədər acınacaqlıdır ki, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Xidməti öz В«dolyasınıВ» almamış heç bir maliyyə əməliyyatının icra olunmasına razılıq vermir, heç bir sənədi imzalamır. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olur ki, onların razılığını almaq üçün gərək maliyyə əməliyyatından onlara faiz verəsən, verməsən heç bir iş görə bilməzsən.

Halbuki ölkədə dövlət başçısı tərəfindən sahbkarların fəaliyyəti, kiçik və orta biznesin genişlənməsi, istehsalatla məşğul olan müəssisələrin yaradılması və sayının artırılması istiqamətində siyasət həyata keçirilir. Amma Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti ölkə Prezidentinin siyasətinin əleyhinə çıxaraq həmin sahbkarları, bizneslə məşğul olanları, müəssisələri fai zadı altında aldığı rüşvətlərlə boğaza yığıb.

Xəzinədarlıq Xidmətinin razılığı olmadan nə ala, nə də sata bilirlər. Nə alıb-satmaqlarından asılı olmayaraq məbləğin 5-8 faizini Xəzinədarlıq Xidmətinə verməlidirlər. Bu Maliyyə Nazirliyinin yazılmamış qanunudur. Yerinə yetirilən bütün maliyyə əməliyyatlarında məbləğin 5-8 faizi onlara çatmalıdır. Hələ bu harısıdır.

Nazir müavini Azər Bayramovun rəhbərliyi və nəzarəti altında həyata keçirilən korrupsiya əməlləri bununla bitsəydi, nə vardı ki..İldə bir dəfədövlət təşklatlarını, şirkətləri yoxlayırlar. Yoxlama zamanı Maliyyə Nazirliyinin müfəttişləri təkrarən dövriyyədən faiz istəyirlər. Sonra da ağıllarına gələn məbləği tələb etməyə başlayırlar. Sonra razılaşma əldə etmək üçün tərəflər arasında sövdələşmə balayır.

Razılaşdırılmış məbəlği almayında müfəttişlər həmin təşkilatın, müəssisənin yaxasından əl çəkmirlər. Maliyyə Nazirliyinin korupsiya faktları o qədər çoxdu ki, sadalamaqla bitmir. İstehsalla məşğul olan müəssisələrin verdiyi əmlumata görə, keçirilən bütün tenderlərlə maliyyəçilərin öz payı var. Onlar komissyai üzvü kimi öz В«paylarınıВ» almasalar tender baş tutmur. Yəni, tenderin baş tutamıs üçün gərək Maliyyə Nazirliyinin nümayəndələrinə faiz ödəyəsən. Bunların gözünü rüşvət, korrupsiya, varlanmaq ehtirası, büdcəni talamaq istəyi o qədər çox tutub ki, Xəzinədarlıq Xidməti yeni yaranan vaxtı hətta ƏDV-dən də pay almaq istəyinə düşmüşdülər.

Maliyyəçilirən ən yaxşı pul yığımı dövrü hər ilin sonunda olur. İlin sonunda müəssislər pulları batmasın deyə onu almağa çalışırlar. Çünki bu ilin pulu gələn ilə qalsa, onu göyə çıxsalar da ala bilməzlər. Həmin günlərdə iki göz istəyir ki, onların pul yığımı işinə tamaşa edəsən. Kisə-kisə pullar В«müəlliməВ», yəni Azər Bayramova daşınır. Bəlkə də bəzilərinə kisə dolusu pullar bir qədər şişirdilmiş gələ bilər. Amma fakt odur ki, dövlət büdcəsi 25 milyard dollardır və onun da 5-8 faizi, yəni, 2 milyard dollara yaxını Maliyyə Nazirliyinin В«payıdırВ». Bu qədər pulu isə В«müəliməВ» ancaq kisələrə doldurub daşımaq mümkündür.

Murad TƏHMƏZOV DİA.AZ - MALİYYƏ NAZİRLİYİNDƏ KORRUPSİYA ÇƏTƏSI

Geri qayıt