Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANDA PARTİYA SƏDRİ HƏBS OLUNA BİLƏR
AZƏRBAYCANDA PARTİYA SƏDRİ HƏBS OLUNA BİLƏR18-08-2012, 15:23 |
![]() HAKİMİYYƏT 2013-CÜ İLİN GƏRGİN KEÇƏCƏYİNİ İNDİDƏN ANONS EDİR DİA.AZ: - Qarşıda bizi seçki ili gözləyir. Artıq indidən bu seçki ilinin hansı atmosferdə keçəcəyini təxmin etmək asandır. Son günlər mərhum eks-prezident Əbülfəz Elçibəyin adı ilə rəsmi dairələrin başlatdığı kampaniyanın mahiyyətindən də bunu ayırd etmək mümkündür. Bəli, yenə də ənənəvi üsullar, ənənəvi texnologiyalar işə salınacaq. Təbii ki, burada ənənə dedikdə hakimiyyətin öz siyasi opponentlərinə qarşı hər seçki ərəfəsində istifadə etdiyi В«qurşaqdan aşağı zərbəВ» metodundan söhbət gedir. Əslində b uqara piar üsulunun rəsmi Bakının hələ də sədaqət nümayiş etdirdiyi Kremldən əxz etməsi şübhəsizdir. 2003-cü ilin 15-16 oktyabr hadisələrindən üzü bəri rusiyalı polittexnoloqlar Azərbaycanda ictimai-siyasi asayişi tamamilə yönləndirməkdədirlər. Bu barədə DİA.AZ-a rəsmi qaynaqlardan ötürülən informasiyalardan da aydın olur ki, 2013-cü il də müxalifət-iqtidar münasibətləri müstəvisində gərgin olayları ilə diqqətə gələcək. Doğrudur, bu gün mətbuat qarşısına çıxan ayrı-ayrı YAP funksionerləri, iqtidar adamları В«hakimiyyətin rəqibi yoxdurВ» ifadəsini tez-tez işlətsələr də, əslində bu fikrin tamam əksindən böyük narahatçılıq keçirmələri və əndişə duyduqları da öz emosiyalarından aşkar surətdə sezilməkdədir. Bəli, YAP iqtidarında ümumi bir narahatçılıq var. Əslində normalda bütün baş verənləri anlaqlı qəbul etmək olardı. Amma illərdir hökm sürən siyasi anormallıq şəraitində bu təzahürləri yalnız perspektivdə gözləyən təhlükələrin anonsu kimi qəbul etməli oluruq. Məlumatlı mənbənin redaksiyamıza açıqlamasına görə, gələn il bəlkə də digər seçki illəri ilə müqayiəsədə ən qaynarı kimi diqqətə gələcək: В«Bir yandan hakimiyyətin öz içində gedən oyunlar, digər yandan da siyasi müxalifətin kifayət qədər toparlanmış və mobil vəziyyətə gəlməsi 2013-cü il seçkilərinin gərgin atmosferindən xəbər verməkdədirВ». Mənbəmiz bildirir ki, bu gün böyük pullar uğrunda məmurların davası danılmaz bir faktdır: В«Elə Zülfüqarlı qardaşlarına basqınlar, ayrı-ayrı sahibkarların qətlə yetirilməsi, məmur sui-qəsdləri, məmurlararası В«razborkaВ»larda silahların dillənməsi kimi faktlar da təsdiqləyir ki, hakimiyyət düşərgəsində emosiyalar yetərincə gərilib. Bu gərilməyə seçki həyəcanı ilə yanaşı, seçkidən sonraya kimin qalacağı - məsələsini də əlavə etdikdə münasibətlərdəki şiddətin hansı həddə qədər şişə biləcəyini təxmin etmək o qədər də çətin deyilВ». Mənbəmiz onu da əlavə etdi ki, amma yenə də əsas münaqişəli vəziyyət hakimiyyətlə müxalifətin münasibətləri fonunda müşahidə olunacaq: В«Artıq indidən bunun əsası qoyulub. Hətta ola bilsin ki, hansısa nüfuzlu partiya sədrinin həbsi də baş versinВ». Geri qayıt |