Əsas Səhifə > Güney Press / Manşet > ƏRƏSTUN CAVADOVUN QOHUMU QOÇULUQ EDİR
ƏRƏSTUN CAVADOVUN QOHUMU QOÇULUQ EDİR17-08-2012, 15:56 |
![]() NÜBAR QƏSƏBƏSİNON SAKİNİ İNTİHAR HƏDDİNƏ ÇATIB DİA.AZ: - Redaksiyamıza müraciət edən 15 dekabr 1972-ci ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 5 uşaq atası, Nübar qəsəbəsinin sakini Soltanov Soltan Manaf oğlu bildirir ki, xeyli müddətdir ailə üzvlərimlə Nübar qəsəbəsində yaşayırıq. Bu qəsəbədə xeyli məcburi köçkün və qaçqın ailələri də yaşayır. Bu qəsəbənin sakinlərinin ruzisi, çörəyi demək olar ki, şəxsi təsərrüfatdan, heyvandarlıqdan çıxır. Hər kəs qapısında 5-6 heyvan, inək saxlayaraq südü-qatığı ilə ailəsini dolandırır. Mən də ağsaqqal qaynatamla bir həyətdə yaşayırıq. Övladlarımdan biri ağır xəstədir. Bir neçə dəfə ağır əməliyyat olunub. Hətta həkimlər onun məktəbə getməsinə də icazə vermirlər. Uşaqlarımı dolandırmaq üçün həyətimdə 2 inək saxlayıram. Südünü, qatığını satıb qənd, çay pulu çıxarıb balalarımı çətinliklə dolandırıram. Şikayətçi bildirdi ki, bir neçə il bundan əvvəl qonşuluğumuzda ev alan və özünü Milli Məclisin üzvü, el arasında adına "SUM" deyilən Ticarət Mərkəzinin direktoru Ərəstun Cavadovun bacısı oğlu kimi təqdim edən Elburus Rəsul oğlu Əliyev bizə yaşamağa imkan vermir. Əvvəlcə Elbrus mənə bildirdi ki, inəklərin mələyəndə səsi başıma düşür, onları sat getsin. Mən ona bildirdim ki. ay qonşu, mən ballarımı bu iki inəyin hesabına saxlayıram. Zavodda işləmirəm, fabrikdə çalışmıram, bəs uşaqlarımı nə ilə saxlayım. Digər tərəfədən Nübar qəsəbəsinin sakinlərinin əksəriyyəti heyvandarlıqla məşğuldur. Həm də hörmətli prezidentimiz İlham Əliyev cənabları həmişə deyir ki, xırda sahibkarlara kömək edin ki, özlərinə təsərrüfat qursunlar. Mənim də təsərrüfatım budur. Ancaq Elbrus dediyindən əl çəkmir, içib gəlib məni və ailə üzvlərimi söyür, təhqir edir. Elbrus Əliyev dəfələrlə mənim ağsaqqal qaynatamın üzünə söyüb, deyir uşaqlarınızı oğurladacam. Elbrus Əliyev özünün öyrətdiyi muzdlu adamlar vasitəsilə də mənə təzyiq edir. Dəfələrlə sahə müvəkkilinə, polisə müraciət etsəm də xeyri yoxudr. Hamı deyir ki, Elbrus imkanlı adamdır. Biz ondan qorxuruq. Dayısı da deputatdır. Mən son bir neçə ildə Elburusun təhqirlərindən, hədə-qorxularından ürək xəstəliyi tapmışam. Az qalıram özümü öldürüm. Mənim bu torpaqda yaşamaq haqqım yoxdur? Bu adam pulludur deyə bizi öldürməlidir? Mən uşqlarımı da götürüb cənab prezident İlham Əliyevin, Mehriban xanımın qəbuluna gedəcəm. Belə vəhşilik olmaz. Mənim evimdə qız uşaqları var, bu adam məndən nə istəyir. Elbrus Əliyev bu yaxınlarda kəlbəcərli qaçqınlara sataşdığı üçün onun ailə üzvlərini ağıllı-başlı əzişdiriblər. Ancaq mənim onunla dalaşmaq fikrim yoxdur. Çünki dövlət var, qanun var, hökumət var. Qoy, Elburusun cəzasını hökumət versin. Dayısı deputatdır deyə bizi qırmalıdır? Şikayətçi sonda daxili işlər naziri cənab Ramil Usubova üz tutdu: Hörmətli Ramil müəllim. Mən bir il öncə şəxsən Sizə müraciət etmişəm. Bu adamın şəhərin və kəndin neçə yerində evi var. Olsun, mənə dəxli yoxdur. Mən bir parça çörəyimi balalarımla rahat yemək istəyirəm. Cənab nazir! Bu mənim Sizə ikinci müraciətimdir. Elbrus Əliyev sonuncu dəfə bu günlərdə mənə dedi ki, səni və uşaqlarını güllələyəcəm və qanınızı batıracağam. Bu adam puluna arxayındır, gözü heç haranı görmür. Mən fürsətdən istifadə edib millət vəkili Ərəstun Cavadovdan da xahiş edirəm ki, bacısıoğluna desin məndən və ailəmdən əl çəksin. Mən hörmətli Mehriban Əliyevaya yalvarıram mənim ailəmi bu insanın əlindən alsın. Evdə körpə qızlarım var, uşaqlarımı oğurlada bilər. Redaksiyadan: Sözün düzü, bu dərəcədə haqsızlığı təsəvvür edə bilməzdik. Ona görə də bu məsələni imkanımız daxilində nəzarətdə və gündəmdə saxlayacağıq. Geri qayıt |