Əsas Səhifə > Güney Press / Manşet > OĞURLANMIŞ DEPUTATDAN İLGİNC ETİRAF GƏLDİ
OĞURLANMIŞ DEPUTATDAN İLGİNC ETİRAF GƏLDİ16-08-2012, 18:06 |
![]() HÜSEYN AYGÜN PKK SIRALARINDA AZƏRBAYCANLILARIN OLDUĞUNU DEDİ DİA.AZ: - Bu günlərdə PKK terror təşkilatı tərəfindən girov götürülmüş türkiyəli deputat, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Hüseyn Aygün qardaş ölkənin jurnalistlərinə maraqlı açıqlamalar verib. DİA.AZ-ın Türkiyə KİV-inə istinadən yaydığı xəbərdən belə aydın olur ki, jurnalistlərə terrorçuların girovluğundakı anları ilə bağlı açıqlama verərkən Hüseyn Aygün В«dağdakı arkadaşlarВ» ifadəsini işlədib. Bu ifadə ilə bağlı Türkiyə mətbuatının hədəfinə çevrilən Hüseyn Aygün maraqlı bir açıqlama verməklə yanaşı, Azərbaycanın da adını çəkib. Məlumatda deyilir: В«Hüseyn Aygün öz ifadəsinə belə bir izahat verib ki, həm şəhid olan əsgərlər və həm də dağdakı gənclər onun millətinin övladlarıdır və hər iki tərəfin itkilərinə üzülür. Daha sonra Hüseyn Aygün bildirib ki, В«dağdakı arkadaşlarВ» ifadəsini təsadüfən işlətməyib. Çünki necə ki, bu gün Türkiyə ordusunda türklərlə yanaşı, kürdlər, lazlar, çərkəzlər, azərilər var… dağda da kürdlər, ərəblər və azərilər varВ». Hər halda, türkiyəli deputatın Azərbaycanda böyük rezonans yaradacağı şübhəsizdir. Çünki Azərbaycandan getmə kürdlərin PKK-nın sıralarına qoşulması ilə bağlı iddialar dəfələrlə yerli mətbuatda səsləndirilsə də, rəsmən təsdiqlənməmişdi. Geri qayıt |