Əsas Səhifə > Güney Press / Manşet > В«RÖVNƏQ ABDULLAYEVİN MƏNƏ BORCU VARВ»
В«RÖVNƏQ ABDULLAYEVİN MƏNƏ BORCU VARВ»16-08-2012, 17:05 |
![]() ARDNŞ PREZİDENTİNİN KÖHNƏ BORCLULARI ÜZƏ ÇIXIR DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu gün ölkənin sayılıb-seçilən milyonçularından biri olsa da, sən demə, onun da borcu var imiş. DİA.AZ-a müraciət edən əslən Naxçıvandan olan və hazırda Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşayan Azad adlı şəxs iddia edir ki, Rövnəq Abdullayev hələ Bakı Neft Emalı Zavodunun müdiri işləyərkən ona 100 min ABŞ dolları həcmində borcu olub. Şikayətçi redaksiyamıza ünvanladığı məktubunda yazır: В«Həmin vaxtı mənim biznesim var idi və Rövnəq Abdullayevlə ortaq bir işə girmişdik. Sonradan Rövnəq Abdullayevlə aramız dəydi və ümumi haqq-hesab zamanı onun mənə 100 min dollar borcu yarandı. Sonradan üç ay ərzində Rövnəq Abdullayev mənə olan borcunun 32 min dollarını qaytarsa da, yerdə qalan pulu günü bu günə kimi qaytarmayıbВ». ARDNŞ şefinin keçmiş ortağı bildirir ki, Rövnəq Abdullayev seçkilərə namizəd kimi qatıldığından o, həmin ərəfədə pulun tələb etməyib: В«2005-ci ildə parlament seçkilərinə qatıldığından pulumu bir müddət tələb etmədim. Sonradan isə onunla əlaqəm kəsildi. Neft şirkətinə rəhbər gedəndən sonra isə mənim üçün daha da əlçatmaz oldu. Arada bir neçə dəfə ismarıc yollasam da, cavab gəlməyibВ». Redaksiyamız vasitəsilə öz pulunu tələb edən şikayətçi onu da bildirdi ki, əgər Rövnəq Abdullayevdən batmış pulunu ala bilsə, o zaman həmin pulun tən yarısını İranda zəlzələdən zərər görmüş soydaşlarımıza bağışlayacaq. Geri qayıt |