Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ BAŞÇI İLƏ DEPUTAT MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ

KEÇMİŞ BAŞÇI İLƏ DEPUTAT MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ


16-08-2012, 15:58
KEÇMİŞ BAŞÇI İLƏ DEPUTAT MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ

QUBA ÜSYANI İLƏ BAĞLI QALMAQALLI MƏHKƏMƏ GÖZLƏNİLİR

DİA.AZ: - Məlum olduğu kimi Quba hadisələri ilə bağlı həbsdə olan 8 nəfərin gələn həftə Quba rayon məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə hazırlıq iclası başlayacaq. Bu barədə DİA.AZ-a Quba rayon məhkəməsindəki mənbədən bildiriblər.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən deyiblər ki, Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə günahlandırılan 8 nəfərin cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsi avqustun sonlarında yekunlaşdırıb. Cinayət işi baxılması üçün avqustun 8-də Quba rayon məhkəməsinə göndərilib.

Quba rayon məhkəməsində işlərinə baxılacaq 8 nəfərdən 7-nin adı bəlli olub. Bunlar Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribovdur.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, Qubada 1 mart tarixində başi verən olaylarla bağlı istintaq orqanları tərəfindən aparılan araşdırmalar zamanı dindirilən keçmiş icra başçısı Rauf Həbibovun məhkəmədə iştirakı şahid qismində tanınıb.

Bu barədə danışan mənbəmiz iddia edir ki, Rauf Həbibov məhkəməyə xüsusi olaraq hazırlaşır və məhkəmə istintaqı zamanı devrilmiş icra başçısı hətta bu gün görəv başında olan bir sıra şəxslərlə bağlı ilginc faktları açıqlaya bilər:

В«Keçmiş başçı eyni zamanda qubalı deputat Vahid Əhmədovun da məhkəməyə gətirilməsini təmin etməyi tələb edəcək. Bu yöndə indidən hazırlıqlar görülür və sabiq icra başçısı vəkillərini indidən təlimatlandırıbВ».

Bu isə o deməkdir ki, Quba üsyanı ilə bağlı məhkəmədə qalmaqal gözlənilir. Bir yandan devrilmiş icra başçısının açıqlayacağı faktların yaradacağı səs-küy, digər yandan da Vahid Əhmədovla Rauf Həbibovun mətbuatdakı toqquşmalarının məhkəmə zalına transferi….

Geri qayıt