Əsas Səhifə > Güney Press / Manşet > HEYDƏR ƏLİYEV KİMİN KİTABINI ORTADAN CIRIB
HEYDƏR ƏLİYEV KİMİN KİTABINI ORTADAN CIRIB16-08-2012, 15:15 |
![]() QƏZET BAŞ REDAKTORLARINDAN BİRİ İLƏ BAĞLI İLGİNC FAKT DİA.AZ: - Hazırda hakimiyyətin siyasətini dəstəkləyən qəzet baş redaktorlarından biri ilə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bəri başdan bildiririk ki, sırf həmkarlıq münasibətləri səbəbindən həmin şəxsin kimliyi ilə bağlı dolğun məlumat vermədən, hadisənin təfərrüatlarını diqqətinizə çatdıracağıq. Məlumatlı mənbələrin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, hazırda iqtidarayaxın qəzetlərdən birinə rəhbərlik edən və davamlı şəkildə hakimiyyətdən rəsmən və qeyri-rəsmi olaraq maliyyə yardımları alan В«qəhrəmanımızВ» bir zamanlar YAP iqtidarına jestlər edə bilməsi üçün mərhum prezident Heydər Əliyev haqqında kitab yazıb. Mənbənin söylədikləri: В«90-cı illərin sonlarına yaxın yazılan kitab o zaman ölkəni idarə edən prezident Heydər Əliyevin özünə təqdim olunur. Təqdimatı edən şəxslər kitab müəllifinin YAP iqtidarı üçün lazımlı kadr olduğunu prezidentə qəbul etdirmək istəsələr də, Heydər Əliyev sözügedən şəxs barəsində dolğun bilgilərə malik olduğundan onun yazdığı kitabı ortadan iki yerə bölüb və bununla da məsələ qapanıbВ». Mənbəmiz bildirir ki, sonradan həmin şəxs bir müddət müxalifət düşərgəsində təmsil olunsa da, yenə də YAP iqtidarına yol tapmağa müvəffəq olur. Amma Heydər Əliyevdən sonrakı müddətdə…. Geri qayıt |