Əsas Səhifə > Güney Press / Manşet > NAXÇIVANLI DEPUTAT BASQINA BAŞÇILIQ ETDİ

NAXÇIVANLI DEPUTAT BASQINA BAŞÇILIQ ETDİ


15-08-2012, 17:25
NAXÇIVANLI DEPUTAT BASQINA BAŞÇILIQ ETDİ

DEPUTATLA YANAŞI, YERLİ İDARƏ MÜDİRLƏRİ DƏ FERMERƏ HÜCUM EDİBLƏR

DİA.AZ: - Bu gün Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbovun başçılığı ilə bir qrup şəxs Zeynalabdin Bağırzadənin fermer təsərrüfatına basqın edib. Kənd təsərrüfatı texnikasının köməyi ilə hücum edən şəxslər Bağırzadənin şəxsi təsərrüfatını məhv ediblər, meyvə ağaclarını kökündən qırmaqla, onu külli miqdarda ziyan vurublar.

DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, bütün bunlar İctimai Palatanın Naxçıvan təşkilatının toplantısından sonra baş verib ki, həmin təşkilatda da Zeynalabdin Bağırzadə fəal şəxslərdən hesab olunur.

Maraqlıdır ki, basqın edənlər arasında Naxçıvan Muxtar Respublikasının parlamentinin üzvü, Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının sədri, Babək rayon Baytarlıq idarəsinin rəhbəri Cəlal Həsənov da olub. Eyni zamanda rayon icra hakimiyyətinin əməkdaşları da basqınçılar arasında yer alıb.

Bu barədə məlumatı yayan В«TuranВ» agentliyinin xəbərində isə bildirilir ki, Bağırzadə agentlyin əməkdaşına bələdiyyə sədrinin onun nalayiq söyüşlərlə təhqir etməsini və onu cavab verməklə təxribata çəkmək istəyində olduğunu da bildirib. Tofiq Abutalıbov hətta daha da irəli gedərək Bağırzadəyə В«siz satqınsınız, hamınızı da qovacağıq, sənin şərti işin var, yenə də səni həbsə atdırarıqВ» şəklində hədələr yağdırıb.

Qeyd edək ki, Bağırzadənin təsərrüfatı üçün bütün sənədləri qaydasındadır. Bir müddət əvvəl isə onun təsərrüfatına suyun verilməsinin dayandırılması səbəbindən taxıl zəmiləri məhv olmuş, iki minə yaxın acağı quruyub.

Onu da bildirək ki, təsərrüfatı dağıdılan Zeynalabdin Bağırzadə AXCP-nin Naxçıvan regional təşkilatının sədri Yaşar Bağırsoyun qardaşıdır.

Geri qayıt