Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: ŞADLIQ EVLƏRİNDƏ YEMƏK YEMƏYİN
ŞOK: ŞADLIQ EVLƏRİNDƏ YEMƏK YEMƏYİN15-08-2012, 16:28 |
![]() NAZİRLİK İŞÇİSİ DİA.AZ-A DƏHŞƏTLİ FAKTLARI AÇIQLADI DİA.AZ: - “Bakıda və eləcə də regionlarda yayın gəlişi ilə bağlı gizli sərinləşdirici içki istehsalı ilə məşğul olan sexlər aktivləşir.Onlar o qədər ucqar və köhnə, atılmış yerlərdə yerləşir ki, hətta belə sekləri biziməməkdaşlar tapmaq üçün günlərlə vaxt sərf edir. Ərazidə yaşayan sakinlərin köməyi ilə tapırlar. Bu yaxınlarda reyd zamanı dəhşətli bir səhnənin şahidi olduq. Gizli sexlərin birində hamam vannalarının içində duşes və digər növdə sərinləşdirici içki hazırlandığını gördük. İşdən sonra isə işçilər əl üzlərini elə həmin vannada yuyub evə gedirdilər.” – Bu barədə DİA.AZ-a iqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarından biri bildirib. Adının çəkilməsini istəməyən həmsöhbətimiz qeyd etdi ki, hər bir ərzaq məhsulunu, o cümlədən sərinləşdirici içkilərin istehsalat şərtləri var.Və bu istehsal zamanı standartlara mütləq əməl edilməlidir: “ Gizli sexlərlə hətta butulkaların təmiz yuyulmasına da fikir verilmir. Ümumiyyətlə şüşə taraların, butulkaların təkrar istehsalına icazə verilir. Lakin bir şərtlə ki, gigiyenik qaydalara tam əməl olunsuz.Yəni bunlar yüksək təzyiqli buxarda yuyulmalı, dizinfeksiya olunmalıdır. Halbuki gizli sexlərdə butulkanın içinə su doldurub çalxalayıb boşaldırlar. Antisanitariya şəraitində məhsul istehsal olunur. Bizim dövlət komitəsi öz işini layiqincə yerinə yetirib belə gizli sekləri daima aşkar edib fəaliyyətlərinin dayandırır. Lakin bunula belə vətəndaşlarımızdan xahiş edirik ki, bu kimi seklərə rast gəlsələr bizim qaynar xəttə xəbər versinlər. Ərazini daha yaxşı yerli sakinlər tanıyır. Ona görə dövlət müfəttişlərinə yardım etməlidirlər”. Nazirlik nümayəndəsinin sözlərinə görə hazırda gizli sexlər sular, içkilər istehsalından savayı süd məhsulları da buraxırlar: “Antisanitariya şəraitində smetanlar, dovğalar, ayran və mayonezlər istehsal edən sexlər aşkar edilir. Bu sexlərin məhsulları marketlərə az verilir. Ən çox şadlıq evlərinə, dönərxanalara, restoranlara satılır. Çünki şadlıq evlərinə çox ucuz mallar almaq sırf eliyir. Firma məhsulları almırlar. Gizli sexlər öz məhsullarını ucuz qiymətə təklif edirlər. Təsəvvür edin ki, bu məhsullarla hazırlanan salatlari, xorəkləri şadlıq evlərində minlərlə insan yeyir. Onların da bu cür məhsullardan hazırlanan qidaları qəbul etmələri sağlamlıq üçün risklidir. Hətta bəla burasındadır ki, bəzi şadlıq evlərinin zirzəmisində qida məhsulları istehsal edən gizli sexlər var. Biz belə sexləri aşkar edib fəaliyyətini dayandırsaq da yenidən cəhdlər olur. Hər birimiz bu iaşə obyektlərinin xidmətlərindən istifadə edirik. Ona görə hamımız risk altında ola bilərik.” Nazirlik nümayəndəsi onu da bildirdi ki, təhlükəli ərzaq malları hətta ən prestijli şadlıq evlərinin də süfrələrinə yol tapır: “Qiymətlər ucuz olanda, hər kəs müştəri çıxır”. Onu da əlavə edək ki, antisanitariya şəraitində, çirkabın içində qənd və şəkər tozu istehsal edən gizli sexlər də var. Üzərində istehsal yeri və tarixi yazılmayan bu məhsullar bilməyərəkdən istehlakçılar tərəfindən çox alınır. Nazirlik tərəfindən vaxtaşırı reydlər aparılır. Mənşəyi məlum olmayan spirtli və sərinləşdirici içkilər, mayonez və smetanlar şadlıq evlərinə satılır. Məhz bu səbəbdən şadlıq evlərində zəhərlənmələr və digər xəstəliklər törənir. Salatların hazırlanmasında keyfiyyətli məhsullardan istifadə bir yana hazırlanması özü də qeyri-standart, kortəbii, nöqsanlı halda hazırlanır. Aşpazlar müxtəlif tərkiblərdə, müxtəlif adlarda salatlar hazirlayır. Onların tərkibinə vurulan mayonezlər vedrələrlə və digər qablarla mənşəyi məlum olmayan yerlərdən gətirilir. Yoxlamalar zamnı aşkar etdiyimiz bir çox şadlıq evlərinə satılan süd məhsullarının üzərinə təbii südməhsulu yazılsa da quru süddən hazırlanır.” Həmsöhbətimiz istehsalı dayandırılan gizli sexlərin sahibi olan fiziki şəxs başqa bir vergi ödəyicisi, başqa bir fiziki şəxs adınnan,başqa bir ərazidə yenidən fəaliyyətə başlayır. “Normativ sənədlərə görə antisanitariya şəraitində qeyri-qanuni sex sahibi olan fiziki şəxlər 1500 manatdan 2000 manatadək məbləğində, hüquqi şəxslər isə 4-5 min manat məbləğində cərimə olunurlar.Və sexdə məhsulun istehsalı qadağan edilir.Və vaxtaşırı təkrarən ora baxışlar keçiririk, reydlər aparırırq”. Geri qayıt |