Əsas Səhifə > Güney Press / Manşet > В«TEXNİKABANKВ» İŞİNDƏ ŞOK GƏLİŞMƏ BAŞ VERİB
В«TEXNİKABANKВ» İŞİNDƏ ŞOK GƏLİŞMƏ BAŞ VERİB15-08-2012, 16:06 |
![]() ETİBAR ƏLİYEVİN HƏBSDƏN AZAD OLUNDUĞU SÖYLƏNİLİR DİA.AZ: - В«TexnikabankВ»dakı qanunsuz maliyyə maxinasiyaları səbəbindən həbs edilmiş sözügedən bankın Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev dünən axşam saatlarında həbsdən azad edilib. Bu barədə DİA.AZ-a xəbər verən mənbənin sözlərinə görə, Etibar Əliyev В«yuxarıdakıВ» himayədarlarının gərgin səyi nəticəsində azadlığa çıxıb. Mənbəmiz bildirir ki, Etibar Əliyev Yasamal rayon məhkəməsinin qərarı ilə şərti olaraq azad edilib və onun barəsində qaldırılan cinayət işinə xitam verilməyib: В«İstintaq araşdırmaları gedir. Sadəcə olaraq В«TexnikaBankВ»ın sabiq rəhbəri ev dustağına çevrilibВ». Onu da qeyd edək ki, Etibar Əliyevin azadlığa buraxılması ilə bağlı məlumatımızın dəqiqləşdirilməsi üçün В«TexnikaBankВ»la əlaqə saxlasaq da, bu barədə məlumatsız olduqlarını bildirdilər. Geri qayıt |