Əsas Səhifə > Güney Press / Manşet > İMİŞLİDƏ YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR
İMİŞLİDƏ YENİ HƏBS DALĞASI GÖZLƏNİLİR14-08-2012, 18:08 |
![]() VİLYAM HACIYEVƏ QARŞI DA İTTİHAMLAR VAR DİA.AZ: - Məlum olduğu kimi, keçən ayın ortalarında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, deputat Əsabil Qasımovun doğma xalası oğlu Nazim Xəlilov başda olmaqla, mərkəzin 3 əməkdaşı saxlanıldı. Məlumatda bildirilirdi ki, direktor Nazim Xəlilovun saxlanılmasının səbəbi mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməlləri səbəb olub. Onu da bildirək ki, bir neçə gün əvvəl İmişlidə total həbslərin həyata keçiriləcəyi ilə bağlı xəbər də yayılmışdı. İndi isə redaksiyamıza daha ilginc bir məlumat daxil olub. Mötəbər mənbələrdən DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu dəfə hədəfdə icra başçısı Vilyam Hacıyevin özüdür. Məlumatı verən qaynaq iddia edir ki, Vilyam Hacıyev konkret cinayət əməlində ittiham olunur. Bildirək ki, həmin cinayət əməlinin mahiyyəti redaksiyamıza bəlli olsa da, bu barədə dəqiqləşdirmə imkanlarımızın məhdudluğu əlavə bilgiləri ictimailəşdirməyimizi əngəlləyir. Mənbəmiz onu da bildirdi ki, rayon təhsil idarəsinin müdiri Ramiz Əmirovun da həbsi gözlənilir. Ona qarşı da dövlət vəsaitini mənimsəmə və korrupsiya faktı ilə cinayət işinin açılacağı söylənilir. Geri qayıt |