Əsas Səhifə > Güney Press / Manşet > İSMƏT ABBASOVU İSTEFAYA MƏCBUR EDİRLƏR
İSMƏT ABBASOVU İSTEFAYA MƏCBUR EDİRLƏR14-08-2012, 17:36 |
![]() NAZİR YAXIN QOHUMLARINDAN BİRİ İLƏ ŞANTAJ EDİLİR DİA.AZ: - Hakim düşərgəyə aid məmurlar içində ən çox hədəfə alınan fiqurlardan biri kimi diqqətə gələn kənd təsərrüfatı naziri İsmət Abbasovun başı yenidən cəncəldədir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, son zamanlar mətbuatda çox ciddi hücumların hədəfinə çevrilən nazirin rəqibləri indi də fərqli üsulla onu istefaya vadar etməyə hazırlaşırlar. Mənbəmiz bildirir ki, bir neçə gün əvvəl İsmət Abbasov yaxın qohumlarından birinin KTN-nin xətti ilə (dövlət təminatı altında -red.) külli miqdarda kredit götürməsi faktından dolayı hədəfə çevrilir: В«Nazirin yaxın qohumlarından biri 300 min manatlıq vəsaiti götürsə də, 3 il ərzində həmin pulu qaytarmayıb. Məsələ çox şişib və nəhayətdə İsmət Abbasovun qohumuna təminat verən Kənd Təsərrüfatı Nazirliyi hədəfə çevrilib və nazirlik Türkiyədəki banklardan birindən alınmış kreditin 45 faizini ödəyibВ». Yəni aydın olur ki, İsmət Abbasov öz mövqeyindən istifadə edərək qohumunun bank borcunu dövlət hesabına bağlayıb. Bu faktın artıq İsmət Abbasovun rəqiblərinin əlinə sənədli-sübutlu şəkildə keçdiyini bildirən mötəbər mənbənin sözlərindən o da aydın olur ki, həmin faktlar bir dosya halında nazirə göndərilib və sənəddə yalnız bir tələb yer alıb. Mənbənin söylədikləri: В«Nazirdən tələb olunur ki, istefa verməlidir. Əks halda bu fakt nəinki ictimailəşə bilər, hətta naziri həbsə belə atdırarВ». Mənbəmiz əlavə edib ki, rəqiblərinin həmin faktı prezidentə təqdim edəcəkləri təqdirdə həqiqətən də İsmət Abbasov çətin vəziyyətə düşə bilər. Geri qayıt |