Əsas Səhifə > Güney Press / Manşet > BİLETSATAN NAZİR MÜAVİNİ VƏZİFƏDƏN ALINIR

BİLETSATAN NAZİR MÜAVİNİ VƏZİFƏDƏN ALINIR


14-08-2012, 15:55
BİLETSATAN NAZİR MÜAVİNİ VƏZİFƏDƏN ALINIR

AZAD RƏHİMOVUN BAŞI CƏNCƏLDƏN AÇILMIR

DİA.AZ: - 30-cu London olimpiadası Azərbaycan insanının yadında 10 medalla yanaşı, həm də bir neçə gün əvvəl yaşanmış bir qalmaqallı olayla da öz yerini möhkəmlətmiş oldu. Xatırladaq ki, Britaniyanın "Sky News" televiziyası Londonda Azərbaycan rəsmilərinin Olimpiya yarışlarına qanunsuz şəkildə bilet satdıqları haqda reportaj vermişdi. Televiziyanın iddialarından aydın olurdu ki, gizli çəkiliş vasitəsilə Azərbaycan rəsmilərinin Olimpiya oyunlarının keçirildiyi "Excel" mərkəzinin qarşısında bilet satdığını aşkara çıxarıblar.

Televiziyanın reportyoru bildirmişdi ki, özünü Azərbaycan nazirliyinin işçisi kimi təqdim edən bir kişi qara bazarda “pulsuz” biletlər satır. Biletlər avqustun 3-ə planlaşdırılan yüngünçəkili boks oyunlarını izləmək üçündür. Üzərində “Azərbaycan Olimpiya Komitəsi” yazılmış biletlərin qiyməti 20 funt idi.

Satıcı ingiliscə bilməsə də, onun dostu tərcümə edib ki, o, artıq bir neçə bilet satmağa nail olub.

“Azərbaycan nazirliyi ona biletləri verib. Biletlər heç cür saxtalaşdırıla bilməz. Azərbaycan bayrağı ilə kimi görsən, yaxınlaş, onlarda mütləq əlavə biletlər olacaq. Bu insanlar Azərbaycan nazirliyi üçün işləyir və nazirlik onlara bu biletləri verir ki, milli yığmaya azərkeşlik üçün paylansın. Onlar sadəcə bileti satır və pul əldə edir, bu qədər sadə”, - deyə televiziyanın xəbərində bildirilirdi.

Onu da bildirək ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi bu məlumatı dərhal təkzib etsə də, əslində məsələnin heç də rəsmi Bakının təkziblərində olduğu kimi olmadlığı məlum olur. Bildirək ki, hətta bəzi mənbələr həmin ərəfədə GİN şefi Azad Rəhimovun görəvindən azad ediləcəyi ilə bağlı da xəbər yaymışdılar. Bəzi qaynaqlar isə onun artıq istefa ərizəsi yazdığını bildirirdilər.

Lakin bu məsələnin hələ də unudulmadığı, hətta olimpiadada qazanılan iki qızıl medalın bu olayın səs-küyünü yatırmadığı məlum olur. Bu barədə DİA.AZ-a xəbər verən məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, artıq məsələ ilə əlaqədar birbaşa olaraq hakimiyyətin üst düzəyinin tapşırıqları əsasında araşdırmalara başlanılıb:

В«Həmin bilet satan şəxslərin kimlikləri məlumdur. Onların Gənclər və İdman nazirinin müavinlərindən birinin göstərişi ilə hərəkət etdikləri müəyyən olunub. Amma öyrənilib ki, nazir müavini biletlərin müftə paylanmasını tapşırıb. Lakin işbaz həmyerlilərimiz biletləri sataraq pul əldə ediblərВ».

Artıq araşdırmaların başa çatdığını söyləyən mənbəmiz onu da bildirdi ki, hələlik adı açıqlanmayan həmin nazir müavini vəzifəsindən alınacaq: В«Qərar verilib. Yaxın günlərdə addım atılacaq. Sadəcə olaraq səbəb kimi tamam başqa bir məsələnin qabardılması düşünülürВ».

Geri qayıt