Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOV BARƏSİNDƏ ŞOK FAKTLAR

MİSİR MƏRDANOV BARƏSİNDƏ ŞOK FAKTLAR


14-08-2012, 14:54
MİSİR MƏRDANOV BARƏSİNDƏ ŞOK FAKTLAR

AZƏRBAYCANIN “ƏN KASIB NAZİRİ” NECƏ VARİDATA SAHİB OLUB?

DİA.AZ: - В«Beşikdən qəbrə qədər elmВ». Bunu peyğəmbərimiz deyib. Son illərə qədər, yəni Sovetlər Birliyi dağılanadək ata-babalarımız bizlərə bu sözləri təkrarlayır və bizləri elmə həvəsləndirirdilər. İndi isə vəziyyət tərsinədir. В«Evdən məktəbə qədər pulВ» artıq önə çəkilib, elm isə arxa plana keçib. Azərbaycan təhsili haqqında nə qədər danışsaq, azdır. Bunun əsas və yeganə səbəblərindən biri təhsilin daim prioritet sahələrdən biri olmasıdır. Hər zaman təhsilə gələcəyim bünövrəsini qoyan təhsilin hazırkı durumunu seyr etdikcə gələcəyimizin deyə bilmərik. Çünki Təhsil Naziri Misir Mərdanov yorulub. O da yorulan məmurlar sırasındadır. Amma cənab nazir özünü həm pulsuz, həm nəvəsinə diqqət yetirə bilməyən, həm də aydan arı, sudan durru bir insan sayır.

Nazir kürsüsündə oturduğu gündən üzü bəri Misir Mərdanovun açıqlamalarını dinlədikdən sonra belə qənaətə gəlmək olar ki, illərdir eyni kürsüdə və vəzifədə əyləşib yorulan nazir ölkənin ən kasıb naziri və vətəndaşıdır. Cənab nazir o qədər kasıbdır ki, kostyumunu tez-tez dəyişir. Bu məqamda mallarının və pullarının qədrini bilən yəhudilərin zərb-məsəli yada düşür: В«Mən o qədər kasıb deyiləm ki, bahalı ayaqqabı alımВ».

Kasıbçılığın üzü qara olsun, Misir müəllimə imkan vermir ki, təhsil sahəsində rüşvət hesabına varlanan bəzi rəhbər vəzifəli şəxsləri - rektorları, prorektorları, dekanları, bir sözlə, imkanlı alimləri, professorları bu dəhşətli amil baxımından tərk-silah etsin. Əgər Misir müəllimin də pulu olsaydı, çıxardı bu sayaq təhsil sahələrinin rəhbərlərinin qarşısına ki, В«a kişilər, durun, sizdən varlı mənəm. Odur ki, nə desəm, onu da etməlisinizВ». Ölkənin kasıb vətəndaşı kimi belə bir imkana malik olmaması Misir müəllimin yuxusunu ərşə çəkib.

Nəvəsinə diqqət ayıra bilməyən nazir baba

Əgər xatırlayırsınızsa, vaxtilə Azərbaycanda ilk özəl ali məktəb açılmışdı. Həmin məktəbin açılışında prezident də iştirak etmişdi. Sonradan məlum oldu ki, bu məktəbdə təhsil almaq istəyən şagirdlərin valideynləri hər ay 350 ABŞ dollar vəsait köçürməlidirlər. Deməli, belə çıxır ki, Azərbaycanda fəaliyyət göstərən və Təhsil Nazirliyinin nəzdindəki pulsuz bilik verən orta məktəblərdə təhsilin vəziyyəti yüksək səviyyədə olsaydı, heç o özəl məktəblərə gedən də olmazdı. O vaxtlar Misir Mərdanovun jurnalistlərə verdiyi açıqlamalar daha maraq doğururdu. O, açıqlamasında bildirmişdi ki, həmin özəl orta məktəbin çox gözəl kadr potensialı, şəraiti var. Lakin o ayda 350 dollar tapa bilmədiyindən nəvəsini orada oxutdura bilməz. Atalar deyir ki, В«nəvə baldan şirindirВ», В«Dövlətdə dəvə, övladda nəvəВ». İndi bu açıqlamadan və atalarımızın deyimlərindən sonra necə düşünəsən ki, Misir Mərdanov imkanlı nazirdir. Əgər o, imkanlı olsaydı , nəvəsinə sevgisini isbat edib həmin məktəbə qoyardı. Deməli o, kasıbdır. Bu açıqlamadan sonra anlamaq istəmişdim ki, ölkənin ən kasıb və təmiz naziri Misir Mərdanovdur. Amma onun hər zaman səmimi olmadığını yada salıb…

M.Mərdanovun qızı BDU-nu necə bitirib?

Azərbaycanda təhsil sahəsindən hamı gileylidir. Yalnız o adamlar susur ki, övladları üçün lazım olan qiyməti müəyyən məbləğlə əldə edə bilirlər. Yaxud elələri susur ki, savadsız övladlarını orta məktəblərdə sinifdən-sinfə, kursdan-kursa keçirir, onlara attestat və diplom verilir. Misir Mərdanovun qızı da atasının sayəsində Universiteti kursdan-kursa yalnız zaçot kitabçası ilə keçən, dərsə gəlməyib, nəhayət qırmızı diplom alanlardandır. Qeyd edək ki, nazirin qızı Misir müəllim BDU-nun rektoru olan zaman BDU-nun şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib. Kürəkəni Azər də şərqşünaslığın fars filologiyası şöbəsini bitirmişdi. Qudası Tamella Babayeva tələbələrin ən qorxduğu, Universitetin isə ən bərkgedən müəllimlərindən olub. Qızının təhsil aldığı bir hadisə sonradan lətifəyə çevrilərək dillər əzbərinə çevrilmişdi. Belə ki, Misir müəllim rektor kimi şərqşünaslıq fakültəsində keçirilən Elmi şurada iştirak edir. Orada tələbələrin davamiyyəti və qiymətləri barədə danışanda üzünü fakültənin dekanına tutub deyir: В«Elə götürk mənim qızımı, dərsə gəlməyə-gəlməyə o necə əlaçı olur, ona necə yüksək qiymətləri yazmaq olar?В» O vaxt Misir Mərdanovun bu jesti sonralar onun nə qədər В«səmimi və təmizВ» insan olmasına işarə idi. Gerçəklikdə isə hamı bilirdi ki, Misir müəllimin qızına В«4В» yazan müəllim ərizəsini yazıb çıxmalıdır. Çünki qızının qaynanasına da, baldızına da Universitetdə gözün üstə qaşın var deyənin ən azı üç başı olmalı idi.

В«KasıbВ» nazirin villa və obyektləriВ»

Nazirin daşınmaz əmlaklarına - mənzillərinə, bağ evlərinə, villalarına gəldikdə isə onu bu tərəfdən bəxtigətirmiş hesab etmək olar. Əvvəllər o, şəhərin 9-cu mikrorayonu ərazisindəki adi çoxmərtəbəli evlərin birində yaşayırdı. İndi isə В«təmizВ» nazir günlərini şəhərin ayrı-ayrı nöqtələrində keçirir. Düşünməyin ki, В«təmizВ» nazir imkansızlıqdan kirayədə qaldığı üçün tez-tez evini dəyişir. Sadəcə olaraq, onun şəhərin ayrı-ayrı yerlərində yaraşıqlı villaları var. Məsələn, onu axtarsanız, şəhərin Nərimanov prospektində, Abşeronun Novxanı qəsəbəsində, hətta İsmayıllı rayonunda da tapa bilərsiniz. Aldığımız təlimata görə В«təmizВ» nazirin Almaniyada ət kombinatı da var. Onu sevməyən ağzıgöyçəklər deyirlər ki, hətta, şəhərdə hansı məktəbə nə qədər bulka bişirib verməyin, məktəblərdə təmirin, dərslik kitablarının havada, necə çap olunmasının, tender fırıldaqlarının da yollarını Misir müəllim В«gözəlВ» bilir. Mənbənin verdiyi məlumata görə, Novxanıda Misir müəllimin ikimərtəbəli restoranı var. Şəhərin ayrı-ayrı yerlərində isə onun ticarət obyektləri mövcuddur.

Nazirin tabeçiliyində hökumət maşını var. Onun В«MercedesВ», В«NisanВ» В«CİPВ» və s. markalı maşınları olduğu da söylənilir. Yeni model maşınlar nazirin ən zəif yeridir. Onun kabineti də çox dəbdəbəlidir. Belə ki, cakuzisindən tutmuş hər şeyi olan kabinet deyilənə görə onun BDU-dan nazirliyə özü ilə gətirmiş Təranə Hacıyeva və Nəzakət Hacıyevanın zövqləri ilə düzənlənib. Mənbə qeyd edir ki, nazirlikdə ən pulu işlər də bir-biri ilə yola getməyən bu iki qadının əlindədir və bu ailəli qadınlar nədənsə İsmayıllıya teztez istirahətə getməyi çox sevirlər. Necə deyərlər, Təhsil Nazirliyini bu iki qadın çəkib-çevirir.

Nazirin geniş kostyum kolleksiyası var. Bu məqamda onun nazir seçilərkən geyim zövqünü xatırlatmaq lap yerinə düşər. 1998-ci ildə nazir olmasına baxmayaraq, o, çox zövqsüz geyinirdi. Əksər hallarda kostyumunun pencəyi ən azından əyninə iki ölçü böyük olurdu. Rəngi qaçmış, amma əvvəllər qara olduğu təxmin edilən qısa plaş geyinərdi. Deyilənə görə rektor olduğu zaman o belə geyinirmiş ki, özünü əsl elm adamı kimi göstərsin. Lakin sonradan… Sonralar hamı onun geyindiyi kostyumlara qibtə etməyə başladı. Elə Universitetdən nazirliyə özə ilə apardığı, ixtisasca biblioqrafik olan köməkçisi Rasim müəllim də. Nazirin geyindiyi ayaqqabılar yalnız İtaliya istehsalıdır. Əslində В«təmizВ» nazir təmiz və marka geyimlər geyinməlidir də.

В«TəmizВ» nazirin məzmunsuz təhsili

Bu gün Təhsil Nazirliyi Heydər Əliyev Fondunun gördüyü işlərin kölgəsində öz sinəsinə vurur. Təəssüf ki, bu tip adamlar həmişə özlərinə aid olmayan bu işlərdən danışaraq yarıtmaz əməllərini pərdələməyə çalışırlar. Çingiz Abdullayev Azərbaycan təhsilinin tərifini çox gözəl vermişdir: В«Təhsil Azərbaycanın üz qaralığıdırВ». Gəlin yenə keçmişə nəzər salaq. Əslində В«təmizВ» nazirin bu gün hardan, necə dolanması artıq birinci sinfə gedən uşağa da sirr deyir. Lakin təzə nazir keçdikdən sonra nazirin В«təmizВ» əməlləri hamıya maraqlıdır.

Bildiyimiz kimi, bir nazir maaşı ilə bu varidatı əldə etmək qeyri-mümkündür. Bir nazir kimi Misir müəllim dövlətin təhsil üçün ayırdığı vəsaitlərin və xarici maliyyə institutlarından verilən kreditlərin taleyini həll edərkən, o, В«qənaətçilikВ» edib. Məsələn, 1998-ci ildə Dünya bankı təhsilin inkişafı və yeni metodologiyanın mənimsənilməsi, yeni planların hazırlanması və s. işlərin görülməsi üçün 5 milyon 500 min ABŞ dolları həcmində kredit ayrılmışdır. Kredit ölkənin 27 məktəbi arasında bölünməli və burada qarşıya qoyulan məqsədlərə nail olmalı idi. Verilən kreditlərin 1,3 milyon dolları nazir tərəfindən məktəblərin təmirinə yönəldilmişdi. Mənbə bildirir ki, sən demə, həmin məbləğ təmir adı altında məhz bu cür işlərin görülməsinə sərf edilib. Görəsən, riyazi bilikləri olan şəxs üçün belə hesablama aparıb hər şeyin aydınlaşdığı bir anda riyaziyyat üzrə professor M.Mərdanovun bu mühasibat hesabları niyə üst-üstə düşmür? Səbəb В«təmizВ» nazirin riyaziyyatı gözəl bilməməsi deyildir. O, axı orta məktəblərin riyaziyyat dərsliklərinin müəllifidir də. Sadəcə olaraq nazir В«qənaətcildirВ». 20-30 məktəb divarını rəngləyib В«təmir etmişikВ» kimi ictimaiyyətə və dövlət rəhbərinə sırımaqda böyük bacarığı var.

İnternat uşaqlarının yeyilən pulu

Mənbə bildirir ki, illər əvvəl Təhsil Fondu internat məktəblərdə praktik olaraq təhsil alan şagirdlərin sayını müəyyənləşdirmişdi. Məlum olmuşdu ki, orada cəmi 8 min uşaq var. Amma rəsmi statistikada bu rəqəm 21 min civarındadır. Belə məlum olur ki, 13 min uşağın adı internat məktəblərində gedir, lakin 8 min uşaq faktiki oxuyur. Burada diqqət çəkən məsələ təkcə real təhsil alan uşaqların sayının rəsmi qeydiyyatından olanlardan 13 min nəfər az olması deyil. Məsələ ondadır ki, dövlət internat məktəblərində təhsil alan hər bir uşaq üçün 900 dollar pul ayırır. Görəsən, adları təkcə siyahıda olan 13 min uşağın pulu sonradan hara yoxa çıxıb? Axı, bu pulların ümumi həcmi kiçik rəqəmlər deyil: 11 milyon 700 min ABŞ dolları.

Son söz əvəzi

Bu gün Azərbaycan təhsili bəxtsiz kurrikulumların, mahiyyəti bəlli olmayan məzmun standartlarının, inteqrasiyaların, biabırçı qiymətləndirmə standartlarının əlindən zinhara gəlib imdad diləyir. Azərbaycan təhsili öz problemlərini Mərdanovsayağı həll edir. Bu gün hamımız təhsilimizdə qurulan В«qum evləriniВ» görürük. Bir də Misir Mərdanovun mülkoərini, obyektlərini, xarici markalı maşınlarını və kostyumlarını hamı görür. Səsimiz çıxmır. В«Qum evВ»ə bənzəyən təhsilimizin sabah davamlı olmadığı gec-tez üzə çıxacaq. Uçurulmuş həmin В«qum evВ»in altında isə bütün Azərbaycan qalacaq.

Zaman heç vaxt, heç nəyi gözləməyib. Hamı zamanı gözləyir. Misir Mərdanovun zamanı da anbaan artıq yetişib. O, yorulan məmurlardandır. Zənnimcə təhsildə irəliləyişə nail olmaq üçün ilk növbədə onun başında duranla xudahafizləşmək lazımdır.

Alim Hüseynli

Geri qayıt